Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
12:05 | 12 fevral 2019 | Çərşənbə axşamı
Məqaləyə 1904 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“İndiki vəziyyətdə Ermənistan və Azərbaycan arasında müharibə ab-havası yoxdur. Sadəcə olaraq, Ermənistanın rusiyapərəst politoloqları və ekspertləri bu məsələni tez-tez gündəmə gətirirlər”.
Ermənistan KİV-də Azərbaycan ordusunun işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayacağı ilə bağlı yayılmış iddianı Teleqraf.com-a şərh edən politoloq Arzu Nağıyev belə deyib.
Politoloq işğalçı ölkənin media qurumlarında yayılmış müharibə iddialarının bir sıra səbəblərinin olduğunu bildirib:
“Məlumdur ki, Robert Köçəryan həbs edilib, Serj Sərkisyan isə istintaqa cəlb edilib. Bir tərəfdən isə KTMT-nin yeni baş katibi məsələsi ilə bağlı bu quruma üzv dövlətlərlə Paşinyan arasında gərginlik var. Paşinyan Belarusun bu postu tutmasına etiraz edir. Eyni zamanda Rusiyadan qırıcının alınmasından sonra Ermənistandan o anonslar verilir ki, danışıqlar baş tutmasa, müharibə başlayacaq. Əlbəttə, Nikol Paşinyan hakimiyyətinin özü də çətin vəziyyətdədir. Buna görə də Rusiyaya yarınmaq üçün bir sıra addımlar atırlar. Nəticədə İrəvan 83 nəfər hərbi kontingentini Suriyaya göndərdi, ABŞ isə buna etiraz olaraq bəyanat yaydı.
Bu fonda da nəyin bahasına olursa-olsun, danışıqların qarşısını almağa çalışırlar. Məlum məsələdir ki, səngərlə yanaşı, diplomatik kanallarda da informasiya müharibəsi gedir. Müharibə ehtimalını gündəmə gətirməklə diplomatik danışıqlara mane olmağa çalışırlar. Çünki Ermənistan Azərbaycana diplomatik səviyyədə nə istədiyinin cavabını verməlidir. Azərbaycan isə qarşı tərəfə onu çatdırır ki, əraziləri işğal olunub, 1 milyon nəfərdən çox qaçqın və köçkünü var. Buna görə də Paşinyan hakimiyyəti müharibə ehtimalını gündəmə gətirməklə bunu həm daxili, həm də xarici auditoriyaya yönəldir ki, baş verənlər müharibə ilə nəticələnəcək, Azərbaycan Qarabağda əməliyyatlara başlayacaq”.
Arzu Nağıyev hesab edir ki, bunlar məqsədyönlü şəkildə yayılmış məlumatlardır:
“Məlumdur ki, bir neçə gündən sonra Münhendə iki ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ümumilikdə isə indiki halda müharibədən söhbət gedə bilməz. Digər yandan da cəbhə bölgəsində atəşkəs rejiminin pozulması hallarının sayı azalıb. Bu baxımdan da Paşinyan hakimiyyəti müharibə məsələsini qabartmaqla həm daxili, həm də xarici auditoriya qarşısında siyasi gedişlər edir”.