vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KRİMİNAL, CİNAYƏT  
Avropada yeni dələduzluq üsulu 19:16 | 5 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada yeni dələduzluq üsulu

Post-terminal ilə ev qapısı qarşısında pul oğurladılar

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Hanau şəhərində yaşlı bir qadın evinin qapısında dələduzluğa məruz qalıb. Özünü bina işçisi kimi təqdim edən şəxs, “poçt xərci” bəhanəsilə qadından ödəniş istəyib və yalnız bank kartı ilə qəbul etdiyini bildirib.

Dələduz qadına kart oxuducu təqdim edib, şifrə daxil etməsini istəyib və nəticədə qadının hesabından bir neçə yüz avro çıxarılıb. Hadisə 25 iyul, cümə günü saat 10:50 radələrində baş verib. Şəxs mənzilə daxil olmadan, yalnız qapı önündə əməliyyatı həyata keçirib.

Hanau Kriminal Polisi hadisədən sonra şübhəli şəxsin axtarışına başlayıb və ictimaiyyətdən şahidlik edə biləcək şəxslərin müraciət etməsini istəyib.

Şəhər polisi vətəndaşlara oxşar hallarda diqqətli olmağı tövsiyə edir.