
300 milyard dollarlıq tarixi müqavilə
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
“Oğlumuzu intihara təşviq etdi”
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
“OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Modellər arasında ən ağıllı, sürətli və istifadəsi rahat olanıdır
Maaşlar 100 milyon dollara çatır
“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu
“OpenAI” şirkətinin baş direktoru Sem Altman, “ChatGPT” ilə aparılan şəxsi yazışmaların hüquqi proseslər zamanı sübut kimi istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, süni intellektə yönəlik etiraf və şəxsi məlumat paylaşımı, gözlənilmədən ciddi hüquqi nəticələr doğura bilər.
Vaxt.az xəbər verir ki, son dövrlərdə xüsusilə “TikTok” platformasında populyarlaşan bir davranış modeli – şəxsi problemlərin süni intellektə danışılması – artıq geniş yayılıb. Bir çox istifadəçi psixoloq və terapevtlərə getmək əvəzinə, süni intellektlə söhbətə üstünlük verir.
Lakin Sem Altman bu tendensiyanın təhlükələrinə diqqət çəkərək bildirib ki, “ChatGPT bir terapevt deyil” və bu cür söhbətlərdə yazılanlar məhkəmə proseslərində rəsmi dəlil kimi təqdim oluna bilər.
Altman bir podkast çıxışı zamanı qeyd edib: “Əgər hüquqi bir məsələ ilə üz-üzə qalsanız, 'ChatGPT' ilə etdiyiniz yazışmalar qanuni olaraq paylaşılmaq məcburiyyətində qala bilər”.
Onun sözlərinə görə, süni intellekt sistemləri həkim və ya vəkil kimi peşə məxfiliyinə tabe deyil. Yəni istifadəçinin paylaşdığı məlumatlar hüquqi baxımdan qorunmur.
“Terapiya seanslarında olduğu kimi, süni intellektlə edilən söhbətlərin də gizli saxlanılması lazımdır,” – deyə Altman bildirib. O deyib ki, bu məsələ hələ bir neçə il əvvəl ciddi qəbul olunmurdu, lakin bu gün qanunvericiliklə tənzimlənməsi vacib olan bir məsələ halına gəlib.
Sem Altman əlavə edib ki, o, özünün də bəzi süni intellekt alətlərindən istifadədən çəkinir. Səbəb isə şəxsi məlumatların necə saxlandığı və kim tərəfindən görülə biləcəyi ilə bağlı qeyri-müəyyənlikdir: “Nə qədər şəxsi məlumat paylaşa bilərəm? Kimlər bu informasiyanı görə bilər? Bu məni qorxudur”.
O, “OpenAI”nin istifadəçilərlə edilən bütün yazışmaları – silinmişlər də daxil olmaqla – saxladığını xatırladıb. Bu isə o deməkdir ki, istifadəçilər tərəfindən “ChatGPT”yə yazılan hər mesaj rəqəmsal iz kimi arxivləşir.
Altman qeyd edib ki, bu məsələ artıq təkcə texnologiya yox, qanunvericilik məsələsidir. O, bir sıra siyasətçilərlə bu istiqamətdə müzakirələr apardığını və süni intellektin hüquqi tənzimlənməsi üçün təcili həll yollarına ehtiyac olduğunu bildirib.