vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QƏZA, FACİƏ  
Moskva metrosunda qısaqapanma 15:44 | 21 aprel 2026 | Çərşənbə axşamı Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva metrosunda qısaqapanma

“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı

DUYĞU, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva metrosunda qəza baş verib, nəticədə qatarların hərəkəti dayandırılıb və sərnişinlər təxliyə olunub.

VAXT.AZ TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin əsas xətlərindən biri sayılan “Sokolniçeskaya”da, “Park Kultury” və “Sokolniki” stansiyaları arasındakı hissədə qeydə alınıb. İlkin məlumatlara görə, nasazlıq qatarın təkərlərində yaranmış texniki problem səbəbindən baş verib və bu tuneldə tüstülənməyə səbəb olub.

Bəzi yerli “Telegram” kanalları hadisənin səbəbi kimi vaqonlardan birinin təkərinin relsdən çıxması nəticəsində elektrik kabelinin zədələnməsini və qısaqapanma baş verməsini göstərib. Həmin versiyaya görə, nasazlıqdan sonra tuneldə tüstülənmə müşahidə edilib.

Lakin metro rəhbərliyi bu məlumatları təkzib edib. Moskva metrosu rəsmisi Yuliya Temnikova bildirib ki, relsdən çıxma barədə yayılan xəbərlər həqiqəti əks etdirmir və hadisənin əsas səbəbi məhz qatarın təkər cütlüyündə yaranmış texniki nasazlıq olub. Bununla yanaşı, yayılan bəzi videogörüntülərdə tuneldə güclü işıq parıltısının göründüyü qeyd edilir.

Hadisə zamanı sərnişinlər qatarlardan çıxarılıb. Şəhər əhalisinə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunub. İnsident nəticəsində ciddi xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, nasazlıq səbəbindən dayandırılan qatarların hərəkəti təxminən üç saatdan sonra bərpa edilib.