İsraildən “Hizbullah”a ağır zərbə
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
13:34 | 9 aprel 2026 | Cümə axşamı
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Ağ Ev: “İranın 10 maddəlik planı qəbul edilməyib”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Yaxud İranı beynəlxalq daşımalardan çıxarmaq istəyi
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Çin səfərinin təxirə salınması münasibətlərin kursunu dəyişmir
Ağ Ev tələbini 100 milyarda endirdi
Hücum, yoxsa qəza?
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Azərbaycan üçün ən yaxşısı nədir İran ABŞ davasında?
Hər ikisi uduzsun. İran da, ABŞ da. Bolca döyüşüb yorulsunlar. Nə ABŞ İranı tam nəzarətə ala bilməsin. Nə İran özünə gələ bilməsin. İran islahatlara getməyə və federallaşmağa məcbur qalsın. İrandakı xalqlar azadlıq əldə etsinlər. Güneyli soydaşların öz haqlarına tam sahib olduqları bir durum yaransın. Bütün bunlar dinc yolla olsun. Burası belə.
Keçək atəşkəsə.
Tramp daha ağır və geniş vuruşlar və dağıntılar hədəsi ilə İran rejiminə öz şərtlərini qəbul etdirməyə çalışdı.
İran rejimi durumun demək olar çıxılmaza yaxın olduğunu anlayır.
İranın iki yolu var:
1. Sonacan vuruşmaq, hakimiyyəti itirmək, İranın darmadağın edilməsi.
2. Danışıqlara gedib şərtləri aşağı-yuxarı qəbul etmək, dağılmaqdan qurtarmaq. Hakimiyyət qalır, addım-addım dəyişmələr baş verir.
İran bir güc kimi qalır və ABŞ ilə əməkdaşlıq edir.
İran atəşkəs razılaşması istəməklə 2 yolu (tam və ya yarımçıq – bəlli deyil) seçdiyini göstərdi. Bu hələ laxlayan bir qərardır. İran içində buna qarşı çıxanlar var.
Üstəlik, ABŞ və İsrailin də danışıqlar zamanı daha nələr istəyəcəyi və edəcəyi bəlli olmaz.
Hər halda bu gün seçilən yol bu.
Atəşkəs və danışıqlar.
Atəşkəs və danışıqlar savaşın ilk vaxtlarından masada idi.
SEPAH və oğul Xameneyi 3 ölkə – Türkiyə, Misirin arasından Pakistanı vasitəçi kimi seçmişdi.
Başlanğıcda İran 6 ay atəşkəs istəmişdi. Sonra 45 günə enmişdi. ABŞ və İsrail razı olmurdu. Nəhayət qısamüddətli bir laxlayan atəşkəsə razılaşdı tərəflər.
ABŞ ordusu hazır durub toplarını yağlayır.
Qısa atəşkəs Trampa da gərəkdir.
Ölkədaxili siyasi gərginlik azaldı. Dəli, savaşçı Tramp imici diplomat, usta danışıqçı, barışcıl imici ilə əvəzlənir.
Yeni hücum üçün siyasi batareyanın doldurulması işi gedir.
Netanyahu isə fasilədən istifadə edib bütün gücünü Livanın, “Hizbullah”ın üstünə salıb.
SEPAH hər yerdə qələbə paradı keçirir.
İmkan verən olsa bir yürüşü də Bakıda keçirər. Xeyli iranpərəst var.
Qələbə paradı, Hörmüzü yenidən bağlamaq, göyə atəş açmaq…
Bu kimi şoular atəşkəs razılaşmasında “hə” deyilmiş ssenarilərdəndir. Hətta “Hizbullah”ın vurulmasına qəti etiraz etmək də.
İran hakimiyyətinə üzünü qorumaq imkanı tanınması tam normaldır. Bu kapitulyasiya deyil.
İran hələ təslim olmayıb. Danışıqlar gedir.
Ən əsas şərtlər bəllidir:
Uranın zənginləşməsi olmayacaq.
Zənginləşdirilmiş uranın təhvil verilməsi;
Hörmüzdən çəkilmə, Hörmüz ətrafında hərbi güc saxlamaqdan imtina, gəmilərin keçidinə hər hansı əngəlin yolverilməzliyi;
Raket istehsalına məhdudiyyətlər;
Bunlar indiki şərtlərdir.
Savaş davam etsə yeni şəraitə uyğun şərtlər dəyişəcək.