
AfD məcburi hərbi xidmətin tələb edir
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Xalqın böyük əksəriyyəti yeni bir himnə və bayrağa qarşıdır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Almaniya açıqladı – sentyabrın 11-də ilk test keçiriləcək
Hər 10 həkimdən 4-ü 60 yaşdan yuxarıdır
Almaniya islamlaşma ilə üz-üzədir
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
“Himn və bayraq dəyişdirilsin”
“İqtisadi küləklər hələ də əmək bazarında iz buraxır”
Cihad çağırışı edən müsəlman din xadimi Almaniyadan çıxarılacaq
Almaniyada dünən keçirilən ümumi seçkilərdə qalib gələn Xristian Demokrat İttifaqının (CDU) lideri və Xristian İttifaqının (CDU) baş nazirliyə namizədi Fridrix Merz Sosial Demokrat Partiyası (SPD) ilə hökumət qurmaq istədiklərini bildirib.
Merz paytaxt Berlində təşkil etdiyi mətbuat konfransında CDU partiya rəhbərliyinin seçki nəticələrini qiymətləndirdiyini və növbədən kənar seçkilərin qalibi olduğunu və partiyasının əvvəlki seçkilərə nisbətən 3 milyon daha çox səs qazandığını bildirib.
Hökumət qurma vəzifəsinin CDU/CSU-da olduğunu vurğulayan Merz, parlamentdəki yer bölgüsünə baxıldığında CDU/CSU və SPD-nin cəmi 328 deputatla koalisiya hökuməti qura biləcəyinə diqqət çəkib.
“Bizim istədiyimiz məhz budur”, – deyən Merz bu mövzuda yaxın günlərdə danışıqlar aparacaqlarını bildirib.
CDU lideri Merz, aprelin ortalarında Pasxa bazarına qədər hökumət qurmağı hədəflədiyini söyləyib: “Sosial Demokratlarla konstruktiv, yaxşı və sürətli danışıqlar aparmağa qərarlıyam”.
Almaniyanın hərəkət qabiliyyətinə malik bir hökumətə ehtiyacı olduğunu bildirən Merz, mövcud vəziyyətə ən qısa zamanda son qoyulması lazım olduğunu söylədi.
Merz bu görüşlər üçün hazırlıqların görüldüyünü və bu gün SPD həmsədrləri ilə görüşəcəyini, daha sonra keçid dövrünü hazırlamaq üçün Baş nazir Olaf Şolzla danışacağını bildirib.
Merz bu keçid dövrünün bir neçə həftə davam edəcəyini və danışıqlarda ilk növbədə Seçki Qanunu, xarici və təhlükəsizlik siyasəti, immiqrasiya və iqtisadi mövzuların müzakirə olunacağını bildirib.
SPD-nin CDU/CSU-nun müdafiə etdiyi immiqrasiya siyasətinin sərtləşdirilməsini qəbul edib-etməyəcəyi sualına Merz bu mövzuda ümid etdiyini bildirib və SPD-nin iqtidarda olduğu Brandenburq əyalətində imzalanan koalisiya müqaviləsinin sərhədlərə nəzarəti və qaçqınların geri qaytarılmasını ehtiva etdiyini qeyd edib.
“Amma mən bunu bir daha aydınlaşdırmaq istəyirəm. Heç birimiz sərhədlərin bağlanmasından danışmırıq. Seçki kampaniyası zamanı iddia edilənlərə baxmayaraq, heç birimiz sərhədləri bağlamaq istəmirik. Amma biz ölkənin sərhədlərini daha yaxşı qorumalıyıq”, – Merz deyib.
Almaniya üçün Alternativ (AfD) partiyasının seçkilərdə səs payının ikiqat artdığına diqqət çəkən Merz, “Bu, həqiqətən də Almaniyanın mərkəzindəki demokratik siyasi partiyalara ortaq həll yolları tapmaq üçün son xəbərdarlıq siqnalıdır”, – deyib.
Merz hər kəsin baş naziri kimi ölkəni böhrandan çıxarmaq və Almaniya xalqının demokratik partiyalara inamını bərpa etmək istədiyini bildirib: “Bu, Bundestaqın 21-ci qanunvericilik sessiyasında buna nail olmaq üçün son fürsətimiz ola bilər”.
***
Merz seçki gecəsi ABŞ-ı tənqid etdiyini xatırladanda, “ABŞ-dan aldığımız bütün siqnallar göstərir ki, Avropaya olan marağı və Avropa ilə məşğul olmaq istəyi də azalır. Ümid edirəm ki, biz amerikalıları yaxşı transatlantik əlaqələrə davam etməyin qarşılıqlı maraqlarımıza uyğun olduğuna inandıra bilərik”.
Merz, həmçinin, ən pis ssenarilərin aşılması lazım olduğunu vurğulayaraq, “Əgər Amerikada təkcə “Öncə Amerika!” deyil, “Yalnız Amerika!” şüarını mənimsəyənlər üstünlük təşkil edərsə, bu çətin olacaq. Amma yenə də transatlantik əlaqələrin davam edəcəyinə ümid edirəm”, – dedi.
Almaniyada qurulacaq yeni hökumətdə baş nazir olacağı gözlənilən Merz transatlantik əlaqələrin pozulmasının təkcə Avropaya deyil, Amerikaya da ziyan vuracağı ilə bağlı xəbərdarlıq edib.
Merz Avropada həmrəy olmağın da vacib olduğunu və dünən axşam Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü və bütün məsələlərdə razılaşdıqlarını bildirib.
Avropanın toxunulan bütün məsələlərdə ortaq mövqe nümayiş etdirməli olduğunu vurğulayan Merz, gömrük rüsumları ilə bağlı Avropa Birliyi (ABİ) ölkələrinə fərqli yanaşma imkanının olmadığını qeyd edib.
Merz NATO ilə bağlı ümidli olduğunu da ifadə edərək, “Ümid edirəm və güman edirəm ki, NATO-da transatlantik əlaqələri davam etdirmək şansımız var”, – deyib.