
Dildə, fikirdə, işdə birlik
Alqışa layiq təşəbbüslər
Alqışa layiq təşəbbüslər
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Rusiyada böyük türk hərəkatı ideyası
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Son vaxtlar Türkiyə cəmiyyətində İsraillə olan müttəfiqlik münasibətlərinə görə anti-Azərbaycan abu-havası güclənib.
Əslində isə Azərbaycanın İsraillə dost münasibətləri yox, Türkiyənin İsraillə düşmən münasibəti anlaşılmaz, məntiqsizdir!
Aydındır ki, burada din təəssübkeşliyi və ərəb-islam dünyasına öndərlik etmək arzuları əhəmiyyətli rol oynayır, lakin ərəb-müsəlman icması heç vaxt Türkiyəni öz liderləri kimi görməyib, görmür və görməyəcəklər. Əksinə, ərəblərdə həmişə türkiyəlilərə qarşı gizli nifrət hissi hökm sürüb, sürür və sürəcək.
Hələ, l-dünya müharibəsində Osmanlı sultanı Mehmet Rəşad İslam xəlifəsi kimi ingilis və fransızlara qarşı cihad elan edəndə, zərbənin ən böyüyünü Ser Henri MakMahonun dəstəyi ilə Osmanlıya qarşı döyüşməyə başlayan Hicaz valisi Hüseyn bin Əli Haşimidən almışdı.
Günü bu gün Fələstin (!) tarix kitablarında türklər işğalçı, vəhşi kimi qələmə verilirlər.
2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin apardığı bir araşdırma var idi: Türkiləri ən sərt, ən ədalətsiz formada ifadə edən, öyrədən dərsliklər hansı ölkələrə məxsusdur, ilk sırada Suriya çıxmışdı.
İşə baxın ki, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Ərəb Əmirlikləri və başqa bir neçə önəmli ərəb dövləti “HƏMAS”ı, “Hizbullah”ı terrorçu qruplaşma kimi tanıdığı halda, Türkiyə İranın proksi qüvvələrini müdafiə edir.
İsrail Türkiyəyə qarşı yanlış edibmi?! Yox!
“One minute” hadisəsinə və ya 2010-cu ilə qədər Türkiyə İsraillə müttəfiq idi, İsrail diasporunun ciddi dəstəyini alırdı, İsrail Cənubi Kiprlə və Yunanıstanla müttəfiq deyildi. Amma sən durub, İsrailə deyəndə ki, qoy İranın “HƏMAS”ı, “Hizbullah”ı sənin şəhərlərinə raket yağdırsın, sən isə sakit dayan, İsrail Yunanıstanla da müttəfiq olacaq, Cənubi Kiprlə də.
Bu gün də İsrail istəyir ki, Suriyanın İsrailə yaxın ərazilərində bufer zona mövcud olsun ki, ərazisinə oradakı terror qruplarından təhlükə olmasın, Türkiyə qarşı çıxmamalıdır. Çünki tamamilə eyni proseduru dünənə qədər özü tələb edirdi.
Yaxşı, bu gün Türküstandakı (Mərkəzi Asiya) türk dövlətlərinin Cənubi Kiprdə səfirlik açmasını qınayırıq (mən də qınayıram), amma bəlkə burada Türkiyənin də təqsiri az deyil?! – Türkiyə heç vaxt lider kimi qəbul etdilməyəcəyi islam-ərəb coğrafiyasına liderlik canfəşanlığından başı açılmadığı üçün özünü türk dünyasından çox kənarlaşdırıb...