
3 min ildə 30 əl dəyişən “dövlət”
Onda Əfqanıstanın 4, Meksikanın 6, Perunun 7 min illik dövlətçilik ənənəsi var
Onda Əfqanıstanın 4, Meksikanın 6, Perunun 7 min illik dövlətçilik ənənəsi var
Bakının artan vasitəçilik missiyası kimlərisə narahat edir
Xameneyinin müşaviri Azərbaycana qarşı danışacaq sonuncu adamdır
ABŞ Cənubi Qafqazda 100 illik idarəçilik arzusundadır
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
Terror təşkilatının silah buraxma prosesi dəqiqəbədəqiqə
Qardaş ölkə yeni bir tarixi mərhələyə girir
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
5 ulduzlu logo ilə bağlı araşdırma başladı, ciddi cəzalar ola bilər, “PUMA” müqaviləni xətm etdi
“5-ci kolon”un neytrallaşdırılması Cənubi Qafqazın gələcəyi baxımından diqqətçəkəndir
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Türk ordusunun 12 əsgəri şəhid olub
Fransada türklərin antik əşyalarını toplanılır
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
“Bayrağımızla iştirak etdik” deyərək, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi
Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətimizin birmənalı olub-olmamasından asılı olmayaraq, onun Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışı zamanı və Laçından Ankaraya qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırdığı zaman səsləndirdiyi 4 önəmli fikir həqiqətən də üzərində dərindən düşünüləsi və təqdirə, övgüyə layiq fikirlərdir.
Gəlin həmin fikirləri tezislər şəklində birlikdə
nəzərdən keçirək:
– “1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir”.
– “Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvanla quru bağlantısını deyil, həm də Türkiyə vasitəsilə Türk dünyasına uzanan yeni inteqrasiya xəttini formalaşdıracaq”.
– “Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat və enerji infrastrukturuna güclü töhfə verəcək. İranın da bölgəmizdə sülhə, inkişafa və əməkdaşlığa xidmət edəcək bu addımlara dəstək verməsini gözləyirik. Bu “qazan-qazan” mühitindən onların da faydalanmasını istəyirik”.
– “Türkiyə və Azərbaycan olaraq bir çox sahədə əməkdaşlığı inkişaf etdiririk və müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrini strateji əhəmiyyətə malik görürük. Qidada tam müstəqillik milli təhlükəsizlik məsələsidir. Həm epidemiya, həm su müharibələri, həm də regional böhranlar dünyaya təchizat təhlükəsizliyinin vacibliyini bir daha göstərdi. Biz də Türkiyənin istehsal bazasına çevrilməsi üçün var gücümüzlə çalışırıq. İndi biz Azərbaycanla ərzaq təminatında daha sıx əməkdaşlıq etmək istəyirik. İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz olan məhsullarda biz qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib, daha çox paylaşaraq gələcəyə daha möhkəm addımlayacağıq”.
Birinci tezisində Ərdoğan Azərbaycanın Cümhuriyyət keçmişi ilə bugünü arasında mükəmməl bir bağlantı yaradıb və bu gün azad Qarabağda atdığımız hər bir addımı Azərbaycanın dirçəlişinin rəmzi kimi dəyərləndirib. Elə dünən Laçındakı konsert səhnəsindən yayılan 9 yaşlı Əhədin gur səsi də dirçəlişimizin səsidir.
Türkiyə liderinin “Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvanla quru bağlantısını deyil, həm də Türkiyə vasitəsilə Türk dünyasına uzanan yeni inteqrasiya xəttini formalaşdıracaq” fikrinin arxasından boylanan möhtəşəm perspektiv isə ermənilərin ən çox qorxduğu gələcəyin tablosudur. Bu mənada, Vladimir Poqosyan kimi qatı türkəfob və irqçi erməni siyasətçiləri Ərdoğanın və İlham Əliyevin təsəvvürlərindəki Zəngəzur dəhlizinin sadəcə quru yolu yox, meqa-sivilizasiya layihəsi olduğunu ağızları köpüklənə-köpüklənə hər yerdə vurğulamaqları da heç də təsadüfi deyil. Lakin poqosyanların nə deməklərindən asılı olmayaraq, Türküstan (Mərkəzi Asiya) və Türkiyə Azərbaycan vasitəsilə mütləq birləşməlidir və birləşəcək. Zəngəzur dəhlizinin açılması Türk dünyasının ana südü kimi halal haqqıdır.
Üçüncü tezisində Ərdoğan birbaşa İrana çağırış etdi və bu ölkəni Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərdə konstruktiv mövqe tutmağa çağırdı. Fars-molla rejimi hələ ki, “dediyim dedikdir” tərsliyindən çıxış edərək Zəngəzur dəhlizi məsələsini özünün “qırmızı xətti” kimi təqdim etməyə davam edir. Lakin Ərdoğan isə bu çağırışı ilə molla rejimini həm fakt qarşısında qoydu, həm də bu dəhlizin açılmasının hamı üçün, o cümlədən İranın özü üçün də faydalı cəhətlərini aydın şəkildə göstərdi. Ərdoğan mollaları başa saldı ki, sülh yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün bölgə üçün də dəyərlidir. Həm sülh, həm də normallaşma təmin olunduqda bütün ölkələr bunun müsbət nəticələrini görəcək. Atılan hər bir addım, açılan hər bir qapı və dəhliz, təkcə iqtisadi qazanc deyil, zamanla region ölkələrinin bir-birinə daha çox yaxınlaşmasına xidmət edəcək.
Bəs, mollalar necə, onlar Ərdoğanın bu çağırışını və izahını düzgün dəyərləndirə biləcəklərmi?
Yaşayarıq, görərik.
Ən doğrusu isə, mollaları Zəngəzur dəhlizinin açılması faktı ilə barışmağa məcbur etməliyik.
Dördüncü tezisində isə, Ərdoğan ərzaq təminatı, qida tədarükü məsələsində tam müstəqilliyə malik olmağın, başqa dövlətlərin ixracından asılı olmamağın bütün Türk dünyası üçün milli təhlükəsizlik məsələsi olduğunu önə çəkdi, Türkiyə və Azərbaycanın hazırda bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üzrə önəmli addımlar atdığını diqqətə çatdıraraq, bu əməkdaşlığın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər qardaş ölkələrimiz üçün də yaxşı nümunə ola biləcəyini vurğuladı və beləliklə, Azərbaycanı digər TDT ölkələrinə nümunə kimi göstərdi.
Ərdoğanın bu mesajı Türküstan dövlətləri üçün olduqca önəmlidir. Ümid edək ki, onlar bu ismarıcı düzgün dəyərləndirəcəklər.
Ümumiyyətlə isə, Azərbaycan, Türkiyə və Pakistanın mayın 28-də Laçın Zirvəsində ərsəyə gətirdikləri yeni birlik modeli həm Türk dünyası, həm də İslam ölkələri üçün örnək olmalıdır...
(mövzuya qayıdarıq)