
Dildə, fikirdə, işdə birlik
Alqışa layiq təşəbbüslər
Alqışa layiq təşəbbüslər
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Rusiyada böyük türk hərəkatı ideyası
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Türk dövlətlərinin son addımları gerçəkdən təqdirə layiqdir. “SSRİ” adlı monstrın, bədheybət imperiyanın geosiyasi çöküşündən 34 il sonra öz suverenliklərini möhkəmləndirmək, sovet dövrünün ideoloji mirasından və rəmzlərindən qurtulmaq istiqamətində səylərini davam etdirən Cənubi Qafqaz və Mərkəzi Asiyanın (Türküstan) türk dövlətlərinin hər bir addımı Moskva tərəfindən diqqətlə izlənilir.
Azərbaycan hərbçilərinin Qazaxıstanda rus dilində yox, məhz Qazax türkcəsində təhsil almaq təşəbbüsü ilə çıxış etmələri, eləcə də Qırğızıstanın Oş şəhərinin mərkəzi meydanında yerləşən keçmiş sovet-bolşevik lideri Vladimir Leninin abidəsinin sökülməsi faktları da Rusiya XİN-in və rus şovinizminin əsas ruporu olan siyasi şərhçilərin, propaqandist teleaparıcıların, blogerlərin diqqət mərkəzindədir.
Yeri gəlmişkən, Azərbaycan hərbçilərinin Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetində ənənəvi tədris dili olan rus dilində təhsil almaqdan imtina edərək, Qazax Türkcəsində təhsil almağa üstünlük vermələri rus şovinistlərindən fərqli olaraq qazaxların özlərində yaxşı mənada heyrət doğurub. Nəzərə alsaq ki, Qazaxıstan hökuməti sözügedən Milli Müdafiə Universitetində öz dövlət dillərində (Qazax türkcəsində) tədris prosesini təşkil etmək barədə indiyə qədər düşünməyiblər, bu kontekstdə Azərbaycan hərbçilərinin məhz Qazax türkcəsində təhsil almaq təşəbbüsü Qazaxıstan üçün həqiqətən də inqilabi addımdır.
Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetinin rəhbəri, general-mayor Əsgər Mustabekov mediaya açıqlamasında bildirib ki, Azərbaycan hərbçiləri öncə sözügedən universitetdə 9 ay Qazax türkcəsini öyrənəcək, daha sonra isə peşəkar hərbi təhsilə başlayacaqlar.
Hərbçilərimizin Astanada Qazax türkcəsində təhsil almaq istəyilə çıxış etmələri “dildə, fikirdə, işdə birlik” yaratmaq açısından olduqca önəmli addımdır. Lakin şovinist ruslar isə bu məsələyə münasibətdə bizim kimi düşünmürlər.
Xüsusən də rusiyalı blogerlər, yutuberlər Azərbaycan və Qazaxıstanın hərbi tədris prosesində rus dilindən imtina etmək istiqamətində anlaşmasını olduqca ağrılı və aqressiv qarşılayırlar.
Rus-sovet imperiyaçılığının əsas aparıcı siması olan Vladimir Leninin Qırğızıstanın Oş şəhərinin mərkəzi meydanında yerləşən və dünyada keçmiş SSRİ qurucusunun ən böyük heykəllərindən biri hesab edilən heykəlinin sökülməsi də ötən gün rusiyalı sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə olunub və onlar bu addımı az qala top-tüfənglə qarşılayıblar.
Çox təəssüf ki, bizim bəzi ağlı qıcqırmışlarımız isə Leninin Oş şəhərindəki nəhəng heykəlinin şəhər meriyasının qərarı ilə götürülməsini “qırğızlar hələ indi ayılıblar?” səpkili ironik və qeyri-ciddi rəylərlə münasibət bildirməkdən o yana gedə bilmədilər.
Əlbəttə, bu, bizə qıraqdan gecikmiş addım kimi görünə bilər. Çünki biz bu mərhələni çoxdan adlayıb keçmişik. Lakin qırğızlar və digər Türküstan dövlətləri isə Rusiyanın basqılarından, təzyiqlərindən, təxribatlarından, şantajlarından hələ də ciddi şəkildə əziyyət çəkməkdədirlər. Kreml Türküstan dövlətlərində şəhərlərin və küçələrin adlarının milliləşdirilməsinə, kiril əlifbasından latın əlifbasına keçilməsinə, məktəblərdə rus dilində yox, ana dilində təhsilə üstünlük verilməsinə, dərsliklərin milli ruhda tərtib olunmasına, Turan birliyi ideyasının təbliğ edilməsinə hər vasitə ilə mane olmağa çalışır. Ona görə də bizdən fərqli olaraq Türküstan dövlətlərində sovetsizləşdirmə (desovetizasiya) prosesi hələ də yubanır.
Lakin Azərbaycan bir çox məsələlərdə Türküstan dövlətlərinə yaxşı mənada örnək ola bilər...
(ardı var)