vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
Dildə, fikirdə, işdə birlik 22:57 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 54 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dildə, fikirdə, işdə birlik

Alqışa layiq təşəbbüslər

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ankaradakı Böyükelçiliyimizin (səfirlik) Mədəniyyət Mərkəzinin və Qazi Üniversitetinin birgə təşəbbüsü ilə mayın 30-da Qazi Üniversitetində “Azərbaycan Türkcəsi Ocağı” açılıb.

Bu kurs qardaş Türkiyədə Azərbaycan Türkcəsinə ilgi duyan, maraq göstərən hər kəsin üzünə açıq olacaq.

***

Başqa bir önəmli xəbər isə Azərbaycan hərbçilərinin Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetində rus dilində təhsil almaqdan imtina edərək, Qazax Türkcəsində təhsil almağa üstünlük vermələri ilə bağlıdır.

Bu barədə Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetinin rəhbəri, general-mayor Əsgər Mustabekov mediaya açıqlamasında deyib.

Ə.Mustabekov bildirib ki, Azərbaycan hərbçiləri öncə sözügedən universitetdə 9 ay Qazax Türkcəsini öyrənəcək, daha sonra isə peşəkar hərbi təhsilə başlayacaqlar.

***

Hər iki təşəbbüs alqışa layiqdir.

Türkiyədə Azərbaycan Türkcəsi kursunun açılması, Azərbaycan hərbçilərinin isə Astanada Qazax türkcəsində təhsil almaq istəyilə çıxış etmələri dildə, fikirdə, işdə birlik yaratmaq baxımından olduqca önəmlidir.

Bu kimi addımlar Türk dünyasını bir-birinə daha da yaxınlaşdırır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)