
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Qazaxıstandan olan müstəqil ekspert və bloger dostumuz Nurlan Saltayev yazır ki, bu il Rusiyanın taleyinin həll olunacağı sonuncu ildir.
“Bugünkü vəziyyət taleyüklü və kritikdir. Rusiya parçalanmalıdır.
İndiki Rusiyanın üçdə ikisində türkdilli xalqlar yaşayır. Bu, vahid plan yaratmaq və kritik vəziyyətin daha da inkişafı üçün böyük bir bazadır, təməldir. Aydın məsələdir ki, bu gün Rusiyanın özündə bu barədə danışmaq ölümcül dərəcədə təhlükəlidir.
Amma başqa məqam, başqa fürsət də var ki, onun həyata keçirilməsi bütün dünyanı türk məsələsinə başqa gözlə baxmağa məcbur edəcək. Bu, Avropada yaşayan bütün Rusiya türklərini – tatarları, başqırdları, yakutları, buryatları, qaraçayları, balkarları, kumıkları, noqayları və s. tatarların qanadı altında bir araya gətirmək, bir yumruq kimi birləşdirmək fürsətidir. Beləliklə, sizin iki milyonluq diasporunuz olacaq. Bu diaspora Avropa Birliyinin əsas qurumlarında söz sahibi olacaq. Bu hərəkat həm Rusiyanı, həm də beynəlxalq birliyi onunla hesablaşmağa vadar edəcək. Onlara Avropada olan qazaxlar, özbəklər, azərbaycanlılar, türkmənlər, qaraqalpaqlar da qoşulacaq”.
Qazaxıstanlı ekspertin bu çağırışı olduqca önəmlidir. Rusiya kimi şər imperiyasını məğlub etmək, bitirmək üçün təkcə Ukraynanın gücü yetərli deyil. Bunun üçün Rusiyanın tərkibindəki türk xalqları və xaricdə yaşayan diaspor birlikləri də hərəkətə keçməlidir. Eyni zamanda postsovet ölkələri də Rusiyanın çökdürülməsi üçün əllərindən gələni etməlidirlər. Çünki bu şər imperiyası dağılıb məhv olmayınca nə qonşu ölkələr, nədəki dünya dinclik tapmayacaq.
P.S. Unutmamalıyıq ki, Putin kimi kiborqlaşmış, zombiləşmiş şəxslər üçün insanların və millətlərin taleyi əsla önəmli deyil. Bu varlıq istənilən an nüvə silahına əl ata biləcək bir zehniyyətə sahibdir.