
Türkiyə hansı dünyanın lideridir?
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Türkdilli ölkələr üçün KTMT yox, TDT prioritet olmalıdır
Türkçülüyü motivasiya edən mahnı
Çağırış və təhdidlərə qarşı indidən əməli addımlar atmaq lazımdır
Türk dövlətləri ilə ticarət rekord həddə
Zəif inkişaf etmiş ölkələr güclülər üçün “beyin” yetişdirir
“Bizim əlimizdədir, iradəmizdən asılıdır”
Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsini pisləyən BMT Qətnamələrini dəstəkləməsinin, yunan Kiprini tanımasının pərdəarxası nədir?
Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri olan bu Mərkəzi Asiya ölkələri nə üçün Türkiyənin deyil, Avropa Birliyinin (AB) mövqeyini dəstəklədilər?
Çətin suallardır.
Amma bir cavabı geopolitik logistika savaşında axtarılmalıdır. Mərkəzi Asiyanı logistika savaşı üçün meydana çevirirlər.
Mərkəzi Asiya ölkələrinin və Avropa Birliyinin Səmərqənddə keçirilmiş Sammitində bu bir daha nümayiş olundu.
Bu gün Avropa Mərkəzi Asiyanın sonsuz qazanc vəd edən nəqliyyat dəhlizlərində oturmaq üçün Rusiya və Çinə qarşı açıq mübarizə aparır.
Təsadüfi deyil ki, AB-nin elan etdiyi 300 milyard avro həcmində “Global Gateway” strateji planı Çinin “bir yol, bir qurşaq” planına qarşı ciddi alternativ sayılır.
Avropa Birliyinin Mərkəzi Asiyada maraqlarına gəlincə, 3 türk dövlətinə 12 milyard avro vəd olunur. Bundan əlavə, yeni texnologiyalara çıxış, Rusiya və Çinin nəzarət etməyəcəyi rəqəmsal şəbəkə, güzəştli ticarət və böyük bazarlar....
AB regionda ən böyük xarici investordur. Bütün birbaşa xarici investisiyaların 40 faizini təşkil edir. Ticarət sahəsində AB Mərkəzi Asiya ölkələrinin ikinci ən mühüm tərəfdaşıdır.
Burada digər ən mühüm hədəf Mərkəzi Asiyanın faydalı qazıntılarıdır. Avropa Birliyi buna çıxış əldə etməyə çalışır.
Yunan Kiprinə gəlincə, 2026-cı ildə Kipr Avropa Birliyinə sədrlik edəcək. Kipr bu müddətdə əsas hədəfini ölkənin siyasi tərəfdən tanınmasına yönəldəciyini elan edir. AB-də bu baxımdan ona dəstək verir.
Bəs Mərkəzi Asiya ölkələri yunan Kiprini dəstəkləməsindən nə fayda alacaqlar?
Bu çox mürəkkəb gedişlər vəd edən siyasətdir. Xüsusən Türkiyə ilə münasibətlərdə bu addımların izahı tələb olunacaq. Üstəlik Türk Dövlətləri Təşkilatının prioritetləri ilə uzlaşdırmaq çox mühüm məsələdir.
Mərkəzi Asiya liderləri çox güman ki, TDT-dən iqtisadi fayda, Avropadan isə siyasi qazanc əldə etmək isəyirlər.
Bütün bunlar isə regionda dominant olan Rusiya, Türkiyə və Çinin diqqətli müşahidəsi altında baş verir.
“Böyük Oyun” davam edir.
Azərbaycana gəlincə, Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik sazişinə və TDT-nin prinsipial hədəflərinə sadiq olacağını bir daha bəyan edib.