
Dildə, fikirdə, işdə birlik
Alqışa layiq təşəbbüslər
Alqışa layiq təşəbbüslər
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Rusiyada böyük türk hərəkatı ideyası
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Maraqlıdır, dünənə kimi Türk birliyindən danışanların bir çoxu indi Türküstanın (Mərkəzi Asiya) türk dövlətlərini məlum “Kipr məsələsi”nə görə sərt şəkildə yıxıb sürüyür, onları səhv yol seçməkdə qınayır, Qazaxıstan, Özbəkistan və Türkmənistanın Türk birliyini cəmi 12 milyard avroya satdığını deyir, onları satqınlıq və xəyanətdə ittiham edirlər.
Ancaq onu da nəzərə alın ki, bizim bu cür ifrat sərt mövqeyimiz və ritorikamız onları Türk birliyi ideyasından daha da uzaqlaşdırır və Azərbaycandan küsdürür. Ona görə də gəlin ittihamlarımızın dozasını bir qədər azaldaq.
Birdəki, bu dövlətlər mümkün qədər rasional davranaraq üç potensial pisdən nisbətən ən az pis olan variantı seçiblər. Hazırkı kritik məqamda Rusiya kimi daim təcavüzkarlığa, işğalçılığa meylli olan və Çin kimi iqtisadi sömürgəçiliklə məşğul olan iki zorba gücün asılılığına düşməkdənsə, Avropa Birliyi ilə daha az ziyanlı əməkdaşlıq variantını seçmək, zənnimcə, daha müdrik seçimdir.
P.S. İqtisadi baxımdan isə, Türküstan dövlətlərinin Avropa Birliyi ilə anlaşması Azərbaycan və Türkiyə üçün də faydalıdır.