
Türkiyə hansı dünyanın lideridir?
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Türkdilli ölkələr üçün KTMT yox, TDT prioritet olmalıdır
Türkçülüyü motivasiya edən mahnı
Çağırış və təhdidlərə qarşı indidən əməli addımlar atmaq lazımdır
Türk dövlətləri ilə ticarət rekord həddə
Zəif inkişaf etmiş ölkələr güclülər üçün “beyin” yetişdirir
Günlər öncə yazmışdım ki, Türküstanın (Mərkəzi Asiya) türk dövlətlərinin Avropa Birliyindən alacaqları 12 milyardın qarşılığında yunan Kiprində səfirlik açmasını Türkiyəyə xəyanət kimi və Turanın parçalanması kimi dəyərləndirməyə tələsməməli, xəyal qırıqlığı yaşamamalıyıq.
Və onu da söyləmişdim ki, rəsmi Ankara hələlik bu məsələyə heç bir reaksiya vermir, münasibət bildirmir, ancaq bunun da bəlli səbəbləri var, zamanı gələndə Türkiyə bu barədə öz sözünü deyəcək.
Budur, həmin məqam yetişdi və Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün norveçli həmkarı Espen Bart Eyde ilə birgə keçirdiyi mətbuat konfransında Mərkəzi Asiyanın Türk dövlətlərinin Kiprlə bağlı qərarına münasibət bildirdi və qeyd etdi ki, aramızı vurmağa çalışmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək.
H.Fidan olduqca maraqlı bir ifadə işlədərək bu məsələnin ailə məsələsi (Türk dünyasının daxili işi) olduğunu və ailə məsələlərinin ictimaiyyət önündə danışılmasının düzgün olmadığını vurğuladı.
“Prinsip olaraq biz ailə məsələlərini ictimaiyyətdə müzakirə etməməyə üstünlük veririk”, – Fidan qeyd edib.
Türkiyənin baş diplomatı bunu da əminliklə söylədi ki, Türk dünyası idealı hər zaman yaşayacaq və Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək.
“Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Bu istiqamətdə siyasətlərimizi səbr və əzmlə davam etdirəcəyik. Türk dünyası ideyası yalnız bu günə deyil, keçmişə və gələcəyə də aiddir. Türkiyənin Sovetlər Birliyi dövründə də Türk dünyası ilə bağlı idealları mövcud idi. Bu gün müstəqil Türk respublikaları varkən də bu ideal yaşayır və gələcəkdə də yaşamaya davam edəcək”.
Hakan Fidan Türk dünyasının parçalanması, Turan Birliyi ideyasının gündəmdən çıxdığı barədə söz-söhbətlərə münasibət bildirərək deyib ki, olmayan bir problemi süni şəkildə gündəmə gətirmək bəzi dairələrin nə qədər çıxılmaz və ümidsiz vəziyyətdə olduqlarını nümayiş etdirir.
Türkiyəli nazirin bu açıqlamasını “Turan getdi”, “Turan söhbəti bağlandı” deyənlərin hamısına cavab hesab etmək olar.
Bəli, H.Fidan bütün söz-söhbətlərə nöqtə qoydu və yolumuza davam etdiyimizi bildirdi.
“Biz prinsip olaraq ailəvi xarakterli məsələlərin ictimaiyyət qarşısında müzakirə edilməsini doğru hesab etmirik” mesajının açması da budur ki, TDT-nın üzv ölkələri qarşıya çıxan istənilən məsələni öz aralarında danışıb, anlaşıb yoluna qoyurlar.
TDT-nın Ağsaqqallar Şurasının növbəti iclasının məhz Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilməsinin qərara alınması da heç də təsadüfi deyil. Birlik və bərabərliyimizin davam etdirilməsi üçün ortaq iradənin varlığı göz önündədir.
Bakının və Ankaranın bu məsələdə səbrli, təmkinli davranması öz müsbət nəticəsini verdi. İsti başla yox, soyuq ağılla verilən qərarların, atılan addımların nəticəsi həmişə yaxşı olur.