
Tramp yeni sanksiyaları hərəkətə gətirir
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Çipin üstündəki gözlər
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Azərbaycanla Çin arasında bu günlərdə imzalanan strateji əməkdaşlıq sənədləri yalnız vizasız gediş-gəliş demək deyil – bu əməkdaşlıq rəqəmsal iqtisadiyyat və texnologiya sahəsində də yeni dövrün başladığını göstərir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığı, Milli Məlumat Administrasiyası ilə rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Elm, təhsil və texnologiyalar, kosmos sahəsində də strateji anlaşmalar imzalanıb.
Bu sənədlər fonunda “Huawei” və “Lenovo” kimi Çin texnologiya nəhənglərinin ölkəmizdəki fəaliyyətini genişləndirməsi artıq ehtimal deyil, real perspektivdir.
Bəli, vaxtilə “Çin hökuməti ilə əməkdaşlıq” ittihamı ilə beynəlxalq təzyiqlərlə üzləşən “Huawei”in Azərbaycanda da müəyyən çətinlikləri vardı.
Amma son 2 ildə baş verənlər – xüsusilə yüksək səviyyəli dövlət rəsmilərinin Çinə səfərləri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) rəhbərliyinin Çində “Huawei” rəhbərləri ilə görüşü, “Aztelekom” və “Azercell” kimi qurumların əməkdaşlıqları – “Huawei”in Azərbaycandakı yerini möhkəmləndirmışdi.
İndi isə, Prezidentin Çində keçirdiyi yüksək səviyyəli görüşlər və Çin hökuməti ilə imzalanan strateji razılaşmalar Huawei-ə yönələn "Çin hökuməti ilə əməkdaşlıq"-ə ittihamlarının praktik olaraq aradan qalxmasına gətirib çıxara bilər.
Görünən odur ki, “Nokia”, “Ericsson”, “Dell”, “HP” və s. bu tip qlobal şirkətlər daha çox vuruşmalı olacaqlar.
Beləliklə, proqnozlaşdırmaq olar ki:
• “Huawei” infrastruktur və 5G sahəsində ölkəmizdə daha fəal olacaq,
• “Lenovo” isə təhsil, biznes və dövlət sektorlarında öz mövqeyini xeyli gücləndirəcək.
Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız bu prosesdə milli maraqların qorunması və texnoloji asılılıq kimi amilləri də diqqətdə saxlayacaqlar.