
Təyyarədə təlaş
Küləkdən qaçan “Pegasus” hava gəmisini bu dəfə ildırım vurdu
Küləkdən qaçan “Pegasus” hava gəmisini bu dəfə ildırım vurdu
Hadisədən sonra huşunu itirən avstraliyalı pəltək olub
Yer üzündə həyatın yaranmasına “Mikro şimşək” səbəb olub?
Yer üzərində 7 dəfə dövrə vuran, 3 dəfə də Nobelə namizəd olan Yukio Misima
Ağacların yanında və açıqlıq sahədə dayanmamaq, qapalı yerdə gözləmək məsləhət görülür
Külək isə şərqdən əsəcək
Bu təbiət hadisəsinin yıxdığı evlər, yandırdığı təyyarələr, intihara apardığı insanlar
Ölkə ərazisində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq
Ölkə ərazisində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq
Ölkə ərazisində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq
Texnologiya sahəsində ilkləri ilə tanınan Yaponiyadan növbəti yenilik gəldi. İldırımdan elektrik istehsal edən bu yapon ixtirasının hava şəraitinə nəzarət texnologiyalarında yeni səhifə açacağı gözlənilir.
Yapon tədqiqatçıları xüsusi hazırlanmış pilotsuz uçuş aparatlarından istifadə edərək ildırımın idarə edilməsinə və enerjinin təhlükəsiz şəkildə yönləndirilməsinə nail olublar. Bu ixtira havaya nəzarət texnologiyalarında dünyada bir ilk hesab olunur.
Nippon Teleqraf və Telefon Korporasiyası (NTT) tərəfindən həyata keçirilən layihə, Yaponiyada hər il təxminən 1 milyard funt sterlinq dəyərində ziyana səbəb olan ildırım vurmasının yaratdığı təhlükəni azaltmaq məqsədi daşıyır.
2024-cü ilin dekabrı ilə 2025-ci ilin yanvar ayları arasında keçirilən sınaqlarda təxminən 300 metr yüksəklikdəki fırtına buludlarının içinə pilotsuz təyyarələr göndərilib və elektrik sahəsi müəyyən səviyyəyə çatdıqda ildırım keçid mexanizmi ilə idarə olunan şəkildə yerə bərkidilmiş xüsusi yerə yönləndirilib.
Dronu ildırımdan qorumaq üçün xüsusi metal qəfəs hazırlanıb. Sistem elektrik sahəsindəki dalğalanmalardan istifadə edərək ildırımları təhlükəsiz ərazilərə yönəltmək qabiliyyətinə malikdir. Uzunmüddətli perspektivdə, dron şəbəkələri quraraq, şəhərləri və kritik infrastrukturları, xüsusilə ənənəvi ildırımlar üçün ən çox təsir etdiyi külək turbinləri və stadionları kimi əraziləri ildırım təhlükəsindən qorumağı hədəfləyir.
NTT rəsmiləri “Fujitsu” ilə birlikdə həyata keçirdikləri bu layihənin insanların təhlükəsizliyini artıracağını, bunun infrastrukturu qoruyacağını və ekstremal hava hadisələrinin yaratdığı problemləri əhəmiyyətli dərəcədə azaldacağını bildirib.