vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 30 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QƏZA, FACİƏ  
İldırım vuran qadının göz rəngi dəyişib 22:52 | 26 mart 2025 | Çərşənbə Məqaləyə 170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İldırım vuran qadının göz rəngi dəyişib

Hadisədən sonra huşunu itirən avstraliyalı pəltək olub

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Çöldəki fırtınanı çəkmək üçün telefonunu əlinə alan bir qadın qollarındakı tüklərin qəfildən dikildiyini görüb. İldırım vuran qadın göz bəbəklərinin genişləndiyini və qəribə simptomlar hiss etməyə başladığını deyib.

Avstraliyada baş verən bu hadisə hər kəsi şoka salsa da, az qala ölümdən dönən adam hadisədən sonra boynunu və başını hərəkət etdirə bilməyib. Və nəfəs almaqda çətinlik çəkib.

Karli adlı gənc qadının başına milyonda bir hadisə gəlib. İldırım vurması nəticəsində pəltək olan qadın tər içində islandığını və heç bir üzvünü hərəkət etdirə bilmədiyini, ayaqlarının və əllərinin göyərdiyini bildirib. Huşunu itirən və sonradan özünə gələn qadın əllərində və ayaqlarında hisslərin bərpa olunduğunu bildirib.

Səhiyyə işçiləri ona keraunopeliz diaqnozu qoyublar. Bu nadir nevroloji xəstəlik müvəqqəti iflicə səbəb olur. Gənc qadın 2 həftədən sonra göz rəngində də qəribə dəyişikliklərin olduğunu bildirib. Başının üstündəki həssaslıq ləkəsi istisna olmaqla, o, demək olar ki, köhnə halına qayıtmışdı.

Göz rənginin qaraldığını deyən Karli insanların də onunla maraqlandığını bildirib.