
4 km uzunluqda nəhəng qaya plitələri
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Onu nə vaxt və harada izləmək olar?
“James Webb”in təəccüblü Pluton kəşfi
Alimlərin Qırmızı Planeti yaşıllaşdırma planı
Qırmızı planetdəki “sirli” xətlərin arxasındakı həqiqətin fərqli olduğu ortaya çıxdı
Beynəlxalq Kosmik Stansiyada (BKS) olan astronavtlar daim səpgilər, qeyri-adi allergiyalar və müxtəlif infeksiyalar, o cümlədən göbələk, herpes və dəmirovdan əziyyət çəkirlər. Alimlər bu mövzuda araşdırma aparıblar. Məlum olub ki, BKS-də son dərəcə steril mühit astronavtların immun sisteminə mənfi təsir göstərə bilər.
25 illik tarixində 280-dən çox astronavtın ziyarət etdiyi BKS-dəki şəraiti daha yaxşı başa düşmək üçün San Dieqo Kaliforniya Universitetinin Mikrobiom İnnovasiya Mərkəzinin direktoru Rob Nayt UCSD və Milli Aeronavtika və Kosmik Administrasiyanın digər tədqiqatçıları ilə birlikdə kosmosda yaşayan mikrobların xəritəsini hazırlamaq üçün çalışıb.
Tədqiqatçılar stansiyanın Yerdəki yaşayış yerlərindən daha steril olduğunu və orada aşkar etdikləri bakteriyaların immunitetlə əlaqəli simptomlarla səbəindən olduğunu müəyyən ediblər.
Araşdırmalara görə, astronavtların xəstələnməsinin səbəbi kosmik stansiyanın çox təmiz olmasıdır. Beləliklə, orbitdəki laboratoriyada kifayət qədər mikrob yoxdur.
***
Mikrobların xəritəsini çıxarmaq üçün astronavt və mikrobioloq Ketlin Rubins və digər ekipaj üzvləri kosmik stansiyanın 700-dən çox səthindən və 60-dan çox idarəedicidən nümunələr götürdülər.
Tapdıqları bakteriyaların əksəriyyəti insanlarda yaşayan bakteriyalardır. Onların demək olar ki, heç biri normal olaraq Yerin torpağında və suyunda tapılan bakteriyalar deyildi.
Mütəxəssislər kosmosda uzunmüddətli həyatın davamlı olması üçün Yerdəki təbii mikrobların idarə olunan şəkildə kosmos mühitinə daxil edilməsinin vacibliyini vurğulayırlar.
Tədqiqatlar göstərir ki, gigiyena qaydalarına riayət etmək vacibdir, lakin həddindən artıq sterilizasiya immunitet sisteminə mənfi təsir göstərə bilər.
Alimlər bildirirlər ki, BKS-də mikrobların daha balanslı şəkildə idarə olunduğu bir ekosistemin yaradılması astronavtların sağlamlığının qorunmasında təsirli ola bilər.