
Qızılın FED gözləntiləri
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Tramp FED-dən tələb etdi
Növbədə inflyasiya məlumatları var
Qısa müddətli korelasiya neqativə döndü
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
Qızıl rekord təzələdi
Qiyməti 5.000 dollara qədər yüksələ bilər
Tarif danışıqlarına ümidlər artdıqca qızılın rekord yüksəlişi öz yerini eniş verdi. Həftənin son ticarət günündə qiymətli metal ucuzlaşıb. Qızılın bir unsiyasının qiyməti 1 faizdən çox ucuzlaşaraq 3290 dollardan aşağı düşüb. Qram qızılın qiyməti də 181 manatdan aşağı olub.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinin təkziblərinə baxmayaraq, Ağ Ev Pekinlə ticarət razılaşması əldə etmək üçün danışıqlar aparır. Dünən Çinin Ticarət Nazirliyinin sözçüsü He Yadonq ikitərəfli danışıqlarda irəliləyiş əldə olunduğuna dair fərziyyələri təkzib edib: “Mən vurğulamaq istərdim ki, hazırda Çin və ABŞ arasında iqtisadi və ticarət danışıqları yoxdur”. Pekində jurnalistlərə danışan sözçü, əlavə edib ki, “danışıqlarda irəliləyişlə bağlı hesabatlar əsassızdır və faktlara əsaslanmır”. Tramp, bir müxbirin Çinin günortadan sonra verdiyi açıqlama ilə bağlı sualına, “Bu səhər görüşdülər”, – deyib. Danışıqlarda hansı administrasiya rəsmilərinin iştirak etdiyi ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Onların kim olmasının fərqi yoxdur. Bunu sonra elan edə bilərik, amma bu səhər görüşlər olub və biz Çinlə danışırıq”.