
“Timsahın göz yaşları”
... Yaxud Araik niyə tam səmimi ola bilmir?
... Yaxud Araik niyə tam səmimi ola bilmir?
Əslində, bütün ermənilərin və Ermənistan dövlətinin denasifikasiya olunmasına ehtiyac var...
Ən önəmli məsələ səni sığorta edəcək gücü düzgün seçmək olacaq
Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var ...
Azərbaycan və İsrail aralarında imzalanan sazişlə əlaqələri gücləndirir
Tehran Bakıya proksi müharibədən və İrəvana dəstəkdən məhrum edilir
“Müharibə zamanı baş qərargah rəisi bir nəfərə – ölkənin rəhbərinə tabe olur”
Sülh prosesini ləngitməyə çalışan tərəf məhz Rusiyadır
Bakı niyə əlində olan üstünlükləri İrəvana verməlidir ki, ...?
... və Paşinyanın yaratmaq istədiyi “üçbucaq”
Ermənistan ordusu son 3 gündə mütəmadi olaraq atəşkəsi pozur
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
Azərbaycanın D-8-ə üzvlüyü rəsmiləşdi
Timsah göz yaşlarına heç bir əhəmiyyəti olmadı
400-ə yaxın siyasətçi Bakıda dünya nizamını müzakirə edir
Bayramov və Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində görüşüb. Bu, sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır.
Son aylar tərəflər arasında təmaslar səngiyib, xüsusilə İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Əliyevlə Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyevlə görüşdən imtina etdi. Məqsəd Avropa siyasi düşərgəsində təşkil olunan Bakı-İrəvan danışıqlarında balansın yaranmasının, Ermənistanın istəmədiyi situasiyanın formalaşmasının qarşısını almaq idi.
Xarici işlər nazirləri isə sonuncu dəfə ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü ilə görüşüb. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu.
Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Misal üçün, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşmək istəyib, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altında olsa da.
Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır, çünki İrəvanın yerinə yetirməli olduğu tələblər – konstitusiyanın dəyişdirilməsi və s. – var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə, təmasların effektivliyi də sual altına düşür.
Bu kontekstdə Bayramovla Mirzoyanın ADF çərçivəsində görüşü diqqət çəkir. İrəvan üçün bu görüş “nəhayət təmasın qurulması” olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd ADF-nin dialoq platforması rolunu gücəndirmək olub.