Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
15:10 | 15 iyun 2025 | Bazar
Məqaləyə 162 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
1979-cu ildə İslam İnqilabından sonra yaranan İranın xarici siyasət kursunda “sionizmlə mübarizə” öldü var, döndü yoxdur prinsipinə qaldırıldı və İsrailin bir dövlət kimi fatihəsi də, fətvası da verildi.
İsrail də bütün gücünü “ya onlar, ya biz” deviİzinə verdi ki, yox olmasın. Ona görə də İsrailin İrana qarşı olan planları strateji və uzunmüddətli xarakter daşıyıb. Elə rəsmi Tehranın da: istəyib ki, bala-bala İsrail ətrafında yaxın və uzaq təhlükəsizlik həlqələri qursun və zamanı çatdıqca onları dartıb “havalarını mümkün qədər kəssinlər” – “HƏMAS”, “Hizbullah”, Suriya, İraq rejimləri, Husilər və s..
İranda nədən “islam inqilabı” oldu? Bu sualın birmənalı cavabı bu günə qədər yoxdur, amma 70-ci illərin ikinci yarısından Tehrandakı hakimiyyətin dəyişməsini həm Səudiyyə, həm SSRİ arzulayıb, ABŞ də şahdan cana doyubmuş. yəni müxtəlif istəklərin birləşməsi İrandakı idarəçiliyi TANINMAZ dərəcədə dəyişdirdi.
Bəs niyə “teokratik quruluş”? O zaman böyük güclər İranda da baş-başa gəlmək niyyətində deyildilər, üfüqdə daha maraqlı şeylər gözə dəyirdi. Ona görə də ABŞ-ı “izolyasiya edilmiş İran” tam qane edirdi.
Nəticədə yeni quruluş İranın neft-qaz yataqlarını tam milliləşdirdi və hasilat 50 faiz azaldı, qərb texnologiyalarına çıxışı dayandı. Ölkədən xeyli insan kapitalı qaçdı. Bunların müqabilində o zamanın pulu ilə İran 10 ildə 200 milyard qazana biləcəyi pulu əldən verdi.
Sonradan Rusiya başladı Tehranın başını tovlamağa ki, bəs “enerji məqsədli atom” üzrə əməkdaşlıq edək. Təqribən 22 ilə bunlara Buşerdə 1000 MVt gücündə bir AES tikdi. Əslində zaman keçəndən sonra başa düşülür ki, Moskvanın məqsədi heç də İranı “sülh məqsədli atom”la təchiz etmək deyilmiş.
İranın yeni bəlaları elə bundan sonra başladı: 2010-dan başlayaraq İrana ABŞ-nin və AB-nın atoma görə təzyiqləri, bir-birinin ardınca sanksiyalar başladı. Neftin 1 bareli 125 dollara qədər yüksəlir, İranın neft ixracını 1 milyon barel azaldan sanksiyalar qüvvəyə mindi. Çin (təkcə o yox) yarı qiymətinə İran neftini qaçaqmalçılıqla almağa başladı. İş o yerə gəlib çatdı ki, İranı beynəlxalq maliyyə əməliyyatları sistemindən (SWIFT) ayırdılar. Ölkədə kəskin inflyasiya başladı. Sonra dolların 2 dövlət və fərq 6-7 dəfə “qara bazar” kursu yarandı.
2010-2015-ci illərdə neftin baha qiyməti zamanı İran 400 milyarda yaxın qazancdan məhrum oldu (halbuki 1000 MVt gücündə qazla işləyən istilik elektrik stansiyasını 1 milyarda tikə bilərdi, amma Rusiyanın həmin gücdə AES-si 15 milyard təklifinə aldanıb həm böyük qazancı əldən buraxdı, həm də Qərb şirkətlərini “xidmət müqaviləsi” çərçivəsində özünün enerji sektoruna cəlb etmək imkanından oldu, Rusiya isə dolayısı yolla ucuz AES təklifi etdi və bundan 10 dəfə çox neftin baha qiymətində qazandı, həm də özünün əsas rəqiblərindən olan İranın qlobal bazardakı paylarının bir qismini qamarladı).
Rəsmi Tehran 2010-da Qərbin sanksiyaları ilə ciddi üzləşəndə Rusiyaya çox bel bağlayırdı (bəlkə də inanırdı). Rusiya neft-qaz şirkətləri üçün xeyli yumşaq şərtlərlə öz bazarına daxil olmaq üçün şərait yaratdı: neçə dəfə memorandumlar imzalandı, razılıqlar əldə edildi, sağlıqlar deyildi. Amma nəinki, “Rosneft”, “Gazprom” kimi dövlət şirkətləri, heç “LUKoil” kimi özəl şirkət belə İrana sərmayə qoymadı. Ona görə də indilərdə belə Rusiya-İran arasında elektrik, qaz ticarətinə dair qulağa xoşgələn bəyanatlar verilsə də, onların reallaşacağına şübhə ilə yanaşılır. Çünki Rusiya daha çox ABŞ ilə sövdələşmələrdə (hətra gizli şəkildə olsa belə) maraqlıdır, nəinki İranla.
İndiki İsrail-İran hərbi qarşıdurması isə onunla yekunlaşacaq ki, İranın hərbi potensialı zəifləyəcək (bunda həmçinin Körfəzin Ərəb ölkələri və o cümlədən Türkiyə, Pakistan da maraqlıdır), nüvə imkanları elə Buşer AES-lə limitlənəcək, nüvə bombası üçün yaradılmış elmi-praktiki infrastruktur isə sıradan çıxarılacaq.
Yəni İran bir imkanı da əldən vermiş olacaq.. ətraf inkişaf edib İrandan irəli gedən yola çıxdığı halda, rəsmi Tehran “sionizmlə” mübarizənin növbəti mərhələsi üçün onilliklər boyu yenidən hazırlığa baş vuracaq.