vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
“Almaniyada ifadə azadlığı təhlükədə” 18:56 | 22 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Almaniyada ifadə azadlığı təhlükədə”

“Bendels işi” simvola çevrilir: “Hüquqi sanksiyalar etirazlar doğurur”

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın nüfuzlu “The Economist” nəşri yazıb ki, Almaniyada ifadə azadlığı ciddi təhlükələrlə üz-üzədir. Jurnal ölkədəki hüquqi tənzimləmələrin, məhkəmə qərarlarının və tənqidə münasibətin liberal demokratiyanın təməl daşlarından biri olan ifadə azadlığına xələl gətirdiyinə diqqət çəkib.

***

Hesabatda misal kimi ifrat sağçı “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendelsin işi göstərilib. Bendels sosial mediada Almaniyanın daxili işlər naziri Nensi Fezerin əlində “Mən ifadə azadlığına nifrət edirəm” yazısı olan manipulyasiya edilmiş şəklini paylaşmışdı. “The Economist” yazıb ki, bu cür görüntülər rəqəmsal platformalarda geniş yayılıb və nazir Fezer cinayət işi qaldırdıqdan sonra Bendelsin 7 aylıq şərti həbs cəzası, böyük miqdarda cərimə və ictimaiyyətdən üzr istəməsi hökmü çıxarılıb.

***

Bu qərar təkcə Almaniyada deyil, beynəlxalq ictimaiyyətdə də geniş əks-səda doğurdu. “The Economist”in dəyərləndirməsinə görə, cəza bir çox insan öz satirik məzmununu yaratdığı halda, təsvirin manipulyasiyasının daha geniş yayılmasına səbəb olub. Almaniya Konstitusiyasının ifadə azadlığını açıq şəkildə qoruduğunu xatırladan jurnal bu cür məhkəmələrin ölkədə böyük sarsıntıya səbəb olduğunu vurğulayıb.

***

Jurnal Almaniyada ifadə azadlığını məhdudlaşdıran yeni hüquqi tendensiyaları da müzakirə edib. “The Economist” siyasətçinin təhqir edilməsinin onun vəzifələrini yerinə yetirmək qabiliyyətinə təsir edəcəyi təqdirdə daha sərt sanksiyalarla üzləşəcəyini bildirib və hökumətin “yanlış məlumatların yayılmasının” qarşısını almaq üçün tənzimləyici orqanı gücləndirmək istədiyini yazıb. Bildirilib ki, mühafizəkarlar və sosial demokratlar koalisiyasının təklif etdiyi bu tənzimləmə ictimaiyyət arasında “yalan qadağası” kimi tanınır və potensial risklər daşıyır.

***

Bundan əlavə, ictimaiyyətin ifadə azadlığına münasibətinin də həyəcan verici olduğu bildirilib. “The Economist”in yazdığına görə, “Allensbach” İnstitutunun 2024-cü ildə apardığı araşdırmada Almaniyada insanların yalnız 40 faizi fikirlərini sərbəst ifadə edə bildiyini bildirib. Bu göstərici 1990-cı ilin səviyyəsinin yarısıdır və indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.