“Kasıb narkotikası” təlaşı
Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
            					
            	
                14:42 | 29 aprel 2025 | Çərşənbə axşamı
                Məqaləyə 205 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
                                Avropa ölkəsində minlərlə insan narkotikdən ölür
                                Frankfurt hava limanında rekord miqdar qeydə alınıb
                                Narkotiklərdən istifadə bütün dünyada rekord həddə çatıb
                                On minlərlə insan narkotikin təsiri altında sükan arxasında yola çıxıb
                                Toy maşını avtomat silahlardan çarpaz atəşə tutuldu, gəlin öldü, bəy ağır yaralıdır
                                Hollandiyada “Haribo” konfetindən qurbanları artır
                                Bəziləri təəccüblü dərəcədə çox yayılıb
                                Tərkibində narkotik olan konfet skandalı bitmir
                                Hollandiyadan sonra Belçika və Lüksemburqda marixuanalı konfetləri geri aytarıb
                                Şirkət Azərbaycanda da məşhur olan konfetlər geri çağırdı
                                Narkobaronun vəkili hakimliyə namizəd olur
                                Fransalı nazir nağd pulu tamamilə ləğv etmək istəyir
                                Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
                                “Dövlət içində dövlət” adlandırılan ən güclü cinayətkar qruplaşma “Ndrangheta”ya qarşı böyük əməliyyat
                                Avropa kokain mərkəzinə çevrilir, ağ ölüm Türkiyədə də yayılır
Hollandiyanın Barendrext şəhərində tərəvəz idxalçısının birində maraqlı hadisə baş verib. Şirkətdə bir avokadonun yerə düşməsi ilə həqiqət üzə çıxıb. Güclü səslə yerə dəyən avokadonun plastikdən olduğu ortaya çıxıb. Səlahiyyətlilər məhsulu açıb içərisində kokain tapıblar.
Hollandiyanın Rotterdam limanında aparılan yoxlamalar zamanı Peru və Dominikan Respublikasından gələn avokado meyvələrinin içərisində gizlədilmiş cəmi 633 kilo kokain aşkar edilib. Müsadirə edilən narkotiklərin küçə dəyərinin 50 milyon avroya çatdığı açıqlanıb.
Hollandiya Baş Prokurorluğundan verilən açıqlamada, Dominikan Respublikasından gətirilən yükdə 80 kiloqram kokainin ələ keçirildiyi bildirilib.
Əsl böyük əməliyyat bir neçə gün sonra gəldi. Aprelin 21-dən 22-nə keçən gecə Rotterdam limanında aparılan adi yoxlama zamanı Perudan gələn avokado ilə dolu kisələrin arasından daha 553 kilo kokain aşkar edilib.
Beləliklə, ümumilikdə 633 kilo kokain müsadirə edilib. Müsadirə edilən narkotiklərin topdansatış dəyərinin 16 milyon avro, pərakəndə satış dəyərinin isə təxminən 50 milyon avro olduğu bildirilir.
***
Səlahiyyətlilər narkotik vasitələrin aşkar edildiyi idxalçı şirkətlərin qaçaqmalçılıqla əlaqəsinin olmadığını və narkotiklərin daşınma prosesi zamanı kartel üzvləri tərəfindən gizlədilə biləcəyini bildirib.
Şübhələr yükün Peru və ya Panamada daşınma məntəqələrində yüklənmiş ola biləcəyi ehtimalına əsaslanırıb.
Məlumdur ki, Peru dünyada avokado istehsalında üçüncü, kokain istehsalında isə ikinci yerdədir. Xüsusilə Panama qonşu Kolumbiyaya görə beynəlxalq narkotik ticarəti üçün mühüm tranzit məntəqəsi kimi seçilir.