Roma Bakının Avropaya açılan qapısı olacaq
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
18:57 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 388 dəfə baxılıb
Şriftin ölçüsü
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
İtaliya polisi Avropanın ən güclü mafiya təşkilatı kimi tanınan “Ndrangheta”ya qarşı irimiqyaslı əməliyyata başlayıb. 200 nəfər haqqında araşdırmalar aparılarkən, 97 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Polis mafioz qruplaşmasının narkotik biznesinin izinə düşüb. Müəyyən edilib ki, kokain Cənubi Amerikadan İtaliyanın “Gioia Tauro” limanına gətirilib və rüşvətlə liman işçiləri vasitəsilə ölkəyə yayılıb.
Polisin verdiyi açıqlamaya görə, "Ndrangheta" kokaini əsasən Kolumbiya, Braziliya və Panamadan əldə edib və konteyner gəmiləri vasitəsilə ölkəyə keçirib.
Kalabriyadakı “Gioia Tauro” limanında işləyən bəzi məmurlar rüşvətlə satın alınıb və daşımalar paylama şəbəkəsi vasitəsilə bütün İtaliyaya yayıldı.
***
İstintaq çərçivəsində müəyyən edilib ki, qurum təkcə narkotik vasitələrlə deyil, həm də yerli bizneslərdən hədə-qorxu ilə pul yığmaq, dövlət tenderləri ilə bağlı məxfi məlumatlara çıxış əldə etmək və dövlət idarələrinə sızmaqla sistemli şəkildə güc əldə edib.
Ümumilikdə 97 nəfər saxlanılıb. Bu şəxslərdən 81-i həbs, 16-sı isə ev dustaqlığı ilə bağlı vəsatətlə üzləşib. Bildirilir ki, əvvəlki cinayətlərə görə hazırda həbsdə olan bəzi adlar da siyahıya salınıb.
Əməliyyat mərkəzi Kalabriya olmaqla Roma, Milan, Bolonya, Rimini, Verona və Turin kimi böyük şəhərlərdə eyni vaxtda həyata keçirilib.
***
“Ndrangheta” Avropada kokain ticarətində demək olar ki, tam hökmranlığı sayəsində İtaliyanın ən güclü və ən zəngin mafiyası kimi tanınır.
40-dan çox ölkədə fəaliyyət göstərən struktur Kalabriya bölgəsində həm siyasətə, həm də yerli cəmiyyətə təzyiq edərək “dövlət daxilində dövlət” kimi fəaliyyət göstərir.