
Mayeləşdirilmiş qazda sıçrayış
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
Maye qaz istehsal gücünün 10 il ərzində 950 milyon tona çatacağı təxmin edilir
ƏDV 4 dəfə artırılır
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Rusiya gəmilərin adını və qyeydiyyatını dəyişib qaz satmağa davam edirdəyişib
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
“AzərEnerji” yeni və nəhəng enerji layihəsi gerçəkləşdirir
“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”
“ExxonMobil”in qazdığı bütün quyular kor imiş
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Azərbaycan Prezidentinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı olub.1880 meqavat gücündə stansiya Azərbaycanın daxili enerji tələbinin ödənilməsinə xüsusi töhvə verməklə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına şərait yaradacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisə hazırda ölkə enerji istehsalının 40 faizini formalaşdıran Mingəçevirin yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.
Elektrik enerjisi istehsalının artırılması Azərbaycanda mavi qaz istehlakının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir. Daxili istehlakın təxminən 37 faizi əhali tərəfindən həyata keçirilir. Bu baxımdan, yaşıl enerjidən daha çox istifadə olunması, mərkəzləşdirilmiş istilik siteminin genişləndirilməsi və itkilərin minimumlaşdırılması ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər ki, bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq.
Bu kontekstdən, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qaz ixracının artırılması vasitəsi ilə Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər.