vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
Qlobal bazarlarda sərin meh 09:57 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qlobal bazarlarda sərin meh

ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal Ehtiyat Sisteminin (FED) faiz endiriminə getməsini gözləyən “Wall Street” investorları iqtisadiyyatın çətin vəziyyətdə olduğu, amma çökmədiyi bir dövrdə siyasət yumşalmasının Amerika şirkətlərinə güc verəcəyi ümidi ilə hissə sənədlərini bütün zamanların ən yüksək səviyyələrinə yaxınlaşdırdı.

Zəif məşğulluq rəqəmlərinin ardından yaşanan düşüşdən sonra “S&P 500” özünə gəldi və günü 0,21% yüksəlişlə tamamladı. Gözlənən məlumatlar inflyasiyanın azaldılmasında irəliləyişin dayandığını göstərəcək olsa da, investorlar sentyabr ayından etibarən bu il FED-in təxminən üç dəfə faiz endirəcəyini qiymətləndirirlər.

ABŞ Xəzinə istiqrazları dünən yüksəlməyə davam etdi və 2 illik gəlir 2022-dən bu yana ən aşağı səviyyədə qaldı. “Bloomberg Dolar İndeksi” 0,30% azaldı. “E-Trade”dən Kris Larkin, “Keçən həftəki zəif məşğulluq rəqəmlərinin ardından, FED-in qarşıdakı həftə faiz endirimini masadan çıxarması üçün bu həftə açıqlanacaq inflyasiya məlumatlarından böyük bir sürpriz gəlməsi lazımdır”, – dedi.

Bu səhər ABŞ-da vədəli indekslər yüngül yüksəlişdə idi, Avropada isə satış mövqeyi dominant idi. Asiya birjaları dördüncü ardıcıl gündə yüksəldi. “Wall Street”in FED-in faiz endirim gözləntiləri öncəsi optimist havası Asiyaya da təsir etdi.

MSCI-nin Asiya-Sakit Okean hissə sənədi indeksi fevral 2021-dən bəri ən yüksək səviyyəyə çatdı. "Taiwan Semiconductor Manufacturing Co." və "Alibaba Group Holding Ltd." kimi texnologiya şirkətləri bu yüksəlişə ən böyük töhfəni verdilər.

Yaponiya, Cənubi Koreya və Honq-Konqda hissə sənədləri yüksəldi, Avstraliyada isə birja düşüş yaşadı. Yaponiyada son siyasi qarışıqlığın təsirləri bazarlara da yayıldı. “Nikkei 225” indeksi səhər saatlarında yeni bir gün içi rekord səviyyəyə yüksəldi. Baş nazir Şigeru İşibanın istefa qərarı, daha yumşaq maliyyə siyasəti gözləntilərini gücləndirdiyindən, ölkənin dövlət istiqrazları bazar ertəsi düşdükdən sonra toparlandı.

Çinin ixrac artımı, ABŞ-a edilən göndərişlərin azalma tendensiyası ilə son altı ayın ən zəif səviyyəsinə gerilədi. Lakin digər bazarlara satışların artması, Pekinin rekord ticarət artığı hədəfinə çatmasına kömək etdi.

Digər tərəfdən, İndoneziya Prezidenti Prabovo Subianto maliyyə nazirini qəfildən vəzifəsindən azad etdi. Bu qərar, son həftələrdə Prabovo hakimiyyəti əleyhinə keçirilən etirazlar fonunda Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatında yeni maliyyə böhranı riskini artırdı. Ölkə valyutası İndoneziya rupisi dollar qarşısında dəyər itirdi və İndoneziya Mərkəzi Bankı valyutanın stabilliyini qorumaq üçün müdaxilə edəcəyini açıqladı.