Zəlzələ qurbanlarının sayı minə çatıb
Ən azı 600 yaralı var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
Taliban “Facebook”a qadağan edib
“Twitter”də isə mavi rəng ödənişli xidmətindən istifadə edir
-
“Müharibəyə hazır olun”
Hikmətyar tərəfdaşlarına çağırış etdi; Əfqanıstan yenidən qarışır
-
Orduya güvən 50 faizin altında
ABŞ ictimaiyyəti Əfqanıstandan çıxmanı inamsızlığın ən böyük səbəbi sayır
-
... Moskva və Pekin ehtiyat edir
Əfqanıstan niyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilmir?...
-
Atəşkəs bitdi!
Pakistan Talibanı hücum əmri verdi
-
160 nəfərinin məhkəməsiz öldürülüb
BMT Talibanı qadın hüquqlarını pozmaqda ittiham edir
-
Əfqanıstanda növbəti zəlzələ
Azı 31 nəfər yaralanıb
-
Əfqan qaçqınlar İrandan çıxarılır
Dünya mediası ölkə həkimlərinin miqrantların insan orqanları oğurluğunda ittiham edir
-
Taliban İŞİD-çiləri axtarır
Əfqanıstanda terrorçulara qoşulmaqda şübhəli bilinən onlarla insan məhkəməsiz qətlə yetirilib
-
Taliban Dehliyə münasibətlərdə maraqlıdır
Hindistan Əfqanıstandakı səfirliyini yenidən açmaq qərarına gəlib
-
ABŞ Əfqanıstanın təcridinə qarşı çıxır
Bayden 7 milyard dolların yarısını əfqan xalqına qaytarır
-
İran-Əfqanıstan gərginliyi artıb
Taliban 1 əsgəri öldürüb, 2-ni girov götürüb
-
Əfqanıstanda zəlzələ
Azı 255 nəfər həlak olub
-
Qaçqın sayı 100 milyonu keçib
“Son dekadanın hər ilində bu rəqəmlər yüksəlib”
-
Quantanamoda da ilk etiraf
İraqlı müharibə cinayətlərinə görə günahını boynuna alıb
Əfqanıstanda baş verən güclü zəlzələdən sonra ölənlərin sayı artmaqda davam edir. Taliban rəsmiləri çərşənbə günü ölkənin cənub-şərqində baş verən zəlzələdə 900-dən çox insanın öldüyünü və ən azı 600 nəfərin yaralandığını bildirib.
Talibanın təbii fəlakətlərin idarə edilməsi üzrə nazirinin müavini Mövlavi Şərafuddin Müslim ilkin məlumatlara istinadən paytaxt Kabildə keçirdiyi mətbuat konfransında itkilərin sayını açıqlayıb. Onun sözlərinə görə, dağıntıların əksəriyyəti Pakistanla həmsərhəd Paktika və Xost əyalətlərində baş verib.
ABŞ Geoloji Xidməti (USGS) 6,1 bal gücündə zəlzələnin çərşənbə günü səhər saatlarında Xost əyalətinin mərkəzindən təxminən 44 kilometr aralıda baş verdiyini bildirib.
Sosial şəbəkələrdə paylaşılan videolarda çökmüş evlər və dağıntılar əks olunub. Zəlzələ paytaxt Kabildə də hiss olunub.
Taliban rəsmiləri insanların hələ də dağıntılar altında olduğunu və helikopterlərin dəstəyi ilə xilasetmə işlərinin davam etdiyini bildirib. Onlar, həmçinin Əfqanıstanda fəaliyyət göstərən bütün yardım təşkilatlarını xilasetmə əməliyyatlarına kömək etməyə çağırıblar.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üzrə humanitar koordinatoru Ramiz Ələkbərov Tvitter hesabında yazıb ki, onun missiyası "dünən gecə yüzlərlə insanın həyatına son qoyan zəlzələdən sonra ehtiyacları qiymətləndirmək və onlara cavab verməkdir".
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Əfqanıstan, Pakistan və Hindistanın 500 kilometrdən çox hissəsində hiss olunub. Pakistanın paytaxtı İslamabad və şimal-qərbdə yerləşən Pişəvər şəhərinin sakinləri də yeraltı təkanları hiss ediblər, lakin tələfat barədə məlumat yoxdur. İslamabad zəlzələnin vurduğu dağıntılarla bağlı Əfqanıstana başsağlığı verib.
"Səlahiyyətlilər və təsisatlarımız öz müvafiq qurumları ilə koordinasiya əsasında Əfqanıstana lazımi yardımı çatdırmaq üçün çalışır"- deyə, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.