vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DÜNYA  
16:51 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyənin namizədi bəlli oldu

NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə NATO-nun növbəti baş katibi seçimində Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəklədiyini açıqlayıb.

Bu barədə Fransanın AFP xəbər agentliyinə danışan Xarici İşlər Nazirliyi sözçüsü Öncü Keçəli bildirib. Bu qərar Ruttenin ötən həftə İstanbulda prezident Tayyib Ərdoğanla görüşündən sonra bildirilib.

Prezident Ərdoğan Mark Rutte ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Türkiyənin NATO-ya namizəd olma qərarının “səbəb”ə əsaslanacağını bildirmişdi. Bu vəzifəyə digər namizəd Rumıniya prezidenti Klaus İohannisdir. Lakin Almaniya, ABŞ və Fransa kimi NATO-nun ən mühüm ölkələri Rutteyə dəstək verəcəklərini açıqlayıblar. 2014-cü ildən NATO-nun baş katibi olan Yens Stoltenberqin səlahiyyət müddəti bir neçə dəfə uzadılıb. Amma, NATO ölkələri Stoltenberqin varisinin yaxın günlərdə müəyyənləşdirilməsini istəyirlər.

Qeyd edək ki, Mark Rutte hələ də Hollandiyanın baş naziri olsa da, yeni hökumət qurulana qədər bu vəzifəni etibarnamə ilə icra edir.