vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
01:12 | 24 noyabr 2017 | Cümə Məqaləyə 336 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəlin gəlini istəməz...

Yubileyə gələn çağırılmamış qonaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Deməli, arvad ərindən 10 metr arxada gedən vaxtlardı, dəvət ediblər bir dənə ad gününə, xanımın ad günüdür, bir tanışın həyat yoldaşı. Bunun da bir qaynı arvadı var, az qala bütün qalaktika bilir ki, iki gəlin dəlicəsinə yola getmirlər, nə gizlədim, «Tom və Cerri» bunların yanında yalandı.

Bu da ona görə əvvəlcədən ərinə şərt qoyub ki, qoy qardaşın gəlsin, eybi yox, dözərəm, amma o ifritənin buraya ayağı dəyməsin, yubileyimə haram qatsan, səninlə boşanacam. Atası vəzifədə idi... Camaatınki gətirəndə gətirir.

Nə isə, ad günü başlayır, vur-çatlasın, hamının kefi kök, damağı çağ. Məclisin şirin yerində birdən qapılar taybatay açıldı və içəri həmin o gəlin girdi. Da danq!

Musiqiçilər həmin dəqiqə gizləndilər barabanın dalında. Biz isə poprkon əvəzi antrekotu qabağımıza qoyub gözlərimizi zillədik ki, indi saç yoldu başlayacaq, yoxsa öldük burda bekarçılıqdan.

Həmin gəlin də geyinib keçinib, qohum əqrəbada nə ki brilyant var, alıb taxıb üstünə, beş flakon ərəb ətri, dekoltenin dərinliyinə «Azəri-Çıraq» həsəd aparır, paltarın minisi də elədir ki, bu bir balaca əyilsə, artıq pornoya görə iş düşür, qoy onu da deyim.

Nə isə, sükut çökdü ətrafa. Bir dənə mənim çənəmin səsi gəlir, ət bir az «jostki» idi. Gözləyirik hadisələr necə cərəyan edəcək.

Uzun sözün qısası, ev sahibəsi özünü sındırmadı, Hollivud təbəssümü, mar-murç, qıraqdan baxan olsa belə mehribançılıqdan kövrələrdi. Gəlin gedib oturdu onun qorxudan rəngi ağappaq olan ərinin yanında.

Qonaqlar gördü ki, qırğın olmadı. Hamı təəssüf hissi keçirdi. Musiqiçilər təzədən səhnəyə dırmaşdılar. Məclis başladı davam etməyə. Birdən yubileyi olan gəlin qalxdı tost deməyə.

«Əziz qonaqlar, mən sizin hamınızı çox istəyirəm, çox saq olun ki, bu gün, mənim əziz günümdə yanımdasınız». Sonra bir-bir qonaqlarını adlarını sadaladı və hər birinin ünvanına xoş sözlər dedi.

Beləliklə, növbə çatdı yenicə gələn gəlinə. Yaxşı eşitmək üçün çənəmin işini dayandırdım ki.

«Mən xüsusi ilə indi buraya təşrif buyuran gəlinimi qeyd etmək istəyirəm. Hamınız bilirsiniz ki, biz çox mehribanıq, o çox yaxşı gəlindir, biz demək olar ki, rəfiqəyik. O, mənə bacı kimidir. Düzdür, mən onu bu gün dəvət etməmişdim, amma yenə də xoş gəlib».

Adıçəkilən qadın pərt oldu. Hamı bu atmacanı ürəyində alqışladı. Amma sözüm onda yox.

Nəyi soruşacaqdım?! O düz söhbətdir ki, ər-arvadın yanbayan gəzməklərinə artıq icazə var?


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *