vaxtlı-vaxtında oxuyun! Bazar, 18 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9267 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1743 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3163 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
15:35 | 16 iyun 2018 | Şənbə Məqaləyə 438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən xəbərdarlıq

General-polkovnik: “Ordumuz hazır olmalıdır!”

İyunun 16-da Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib.

Vaxt.az xəbər verir ki, tədbirdə Müdafiə nazirinin müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə  həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.

General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısının alınması və düşmənə layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *