vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
19:19 | 7 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 1025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“80-85 faiz riskli ərazilərdərir”

Tikililərin əksəriyyəti 8-9 ballıq zəlzələ zonasında yerləşir

Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir.

Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev “Trend”ə bildirib ki, Azərbaycan ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə rayonlaşdırılması aparılıb. Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:

“Azərbaycanın iqtisadi gücünün - sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500 yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür”.

N.Paşayev qeyd edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin çox ziyan vurduğu rayona Mingəçevir şəhəri, Gəncə-Qazax (Gəncə şəhəri istisna olmaqla), Şəki-Zaqatala (Zaqatala və Balakən istisna olmaqla) və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonları daxildir. Bu rayonda əhalisi 1,2 milyon nəfərə yaxın olan 1073 yaşayış məntəqəsi zəlzələ riski altındadır.

Əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin orta dərəcədə ziyan vurduğu rayona Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonları, Xızı və Qobustan bölgələri daxildir. Bu rayonda əhalisi 600 min nəfər olan 1227 yaşayış məntəqəsi, əsasən, dəniz səviyyəsindən 0-200 metrdən 1000-1500 m-ə qədər yüksəklikdə, 7 ballıq zəlzələ zonasında yerləşir.

Alim əlavə edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin az ziyan vurduğu rayona 1787,6 min nəfər əhalinin məskunlaşdığı 844 yaşayış məntəqəsini əhatə edən Aran iqtisadi rayonunun (Mingəçevir şəhəri istisna olmaqla) ərazisi daxildir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *