“İlin sonunadək Krıma girməliyik”
Ukrayna MN-in kəşfiyyat rəisi: “Rusiyanın 12 aylıq resursu var”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Döyüşə məhbuslar gedir
Ukrayna ordusuna qoşulmaq üçün 3 mindən çox müraciət var
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
“Bu ilin sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin “Pravda” nəşrinə müsahibəsində söyləyib.
“Müharibənin aktiv fazası ilin sonunadək maksimal düşüşə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o deyib.
K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək.
Kəşfiyyat rəisi müharibənin Rusiya üçün iki ssenari üzrə bitəcəyini irəli sürüb: “Birincisi, Rusiyanın ərazi bütövlüyü formal saxlanması ilə ölkədəki siyasi rəhbərliyin dəyişməsi. Yenə də qeyd edirəm - formal. Bu variantla hamı şəxsən Putini və onun yaxın çevrəsini günahlandıracaq və Rusiyanın bununla heç bir əlaqəsi olmadığını deyəcək.
Onlar qoşunlarını dünyanın bütün işğal olunmuş ərazilərindən çıxaracaqlar.
İşğal olunmuş ərazilər prinsipcə mənsub olduqları ölkələrə - Gürcüstana, Yaponiyaya, Almaniyaya və s. qayıdacaq. Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa etməyə başlayacaq. Belə deyək, yenidən başlayacaq. Bu, müəyyən müddət işləyəcək. Gələcəyi isə bizə yalnız tarix göstərəcək”. (report.az)