vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
00:18 | 5 mart 2016 | Şənbə Məqaləyə 1830 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşıq və sudan tükənməz enerji mənbəyi

Alimlər işıq və sudan tükənməz enerji mənbəyi əldə etməyə yaxınlaşıblar

Beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar gələcəkdə Günəş işığı və suyun köməyi ilə praktiki olaraq tükənməz enerji mənbəyi yaratmağa imkan verəcəkdir.

Beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar gələcəkdə Günəş işığı və suyun köməyi ilə praktiki olaraq tükənməz enerji mənbəyi yaratmağa imkan verəcəkdir. Bu yaxınlarda çox nüfuzlu, impak fatoru 47 olan, Chemical Reviews jurnalında bu haqda məlumat dərc olunub. Sevindirici məqamlardan biri də odur ki, bu tədqiqatı həyata keçirən beynəlxalq alimlər qrupunda bizim həmyerlimiz, görkəmli biofizik, Prof.Dr. Süleyman Allahverdiyevin də adı var. 

Süleyman Allahverdiyev – Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiya İnstitutunun (Moskva) İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri; REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, Puşino, Moskva vilayəti; M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru; Daegu Gyeongbuk Elm və Texnologiya İnstitutunun (DGIST) Yeni Biologiya kafedrasının dəvət olunmuş adyunkt-professoru, Daegu, Koreya Respublikası və s.

S. Allahverdiyev Qərbi Azərbaycanın (Qaraqoyunly / Dilican dərəsi) Çaykəndindəndir; 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib; 1984-cü ildə Biofizika İnstitutunda (Puşino) fizika-riyaziyyat elmləri üzrə elmlər namizədi, 2002-ci ildə isə Bitki Fiziologiyası İnstitutunda (Moskva) Bitki Fiziologiyası və Fotobiokimya üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir; 1988-1990-cu illərdə S.Allahverdiyev Kvebek Universitetinin Kimya-biologiya fakültəsində (prof. Robert Carpentier ilə) (Trois Rivières, Kvebek, Kanada), 1990-2007 illər ərzində Fundamental Biologiya Milli İnstitutunda (prof. Norio Murata ilə) (Okazaki, Aichi, Yaponiya) çalışmışdır.

S. Allahverdiyev 30-dan çox beynəlxalq elmi (peer-reviewed) jurnalın dəvət edilmiş qonaq (guest editor) redaktoru olmuşdur. Hazırda o, 15-dən çox beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür. O, “SOAJ NanoPhotoBioSciences” jurnalının baş redaktoru, “International Journal of Hydrogen Energy” jurnalının assosativ redaktoru, “BBA Bioenergetics” jurnalının bölmə redaktoru, eləcə də ixtisası üzrə çoxlu beynəlxalq jurnalların və qrant layihələrinin rəyçisidir.

S. Allahverdiyev 350-dən çox elmi məqalənin və 7 kitabın müəllifidir. O, fotosintez üzrə 10-dan çox beynəlxalq konfransın təşkilatçısı olmuşdur. Onun tədqiqat maraqlarına aşağıdakılar daxildir: Fotosistem II-nin quruluşu və funksiyaları, fotosistem II su-oksidləşdirici kompleksi, süni fotosintez, hidrogenin fotoistehsalı, günəş enerjisinin katalitik çevrilməsi, ətraf mühitin stressi altında bitkilər və fotoreseptorlarda siqnal mübadiləsi və s.

 Tədqiqatın müəllifləri göstərmişlər ki, fotosintez prosesində suyun oksidləşməsi üçün ən effektli katalizator rolunu təbiətdə geniş yayılmış manqan kompleksi oynaya bilər. Təbii fotosintez vasitəsilə işıq enerjisinin kimyəvi enerjiyə çevrilmə əmsalı 90% -dən yüksəkdir; günəş batareyalarında bu əmsal orta hesabla 16% təşkil edir və deməli, təbii üsul süni üsuldan 6 dəfə effektlidir. Lakin süni fotosintez sistemləri yaratmaq üçün təbii fotosintez proseslərin incəliklərini molekulyar səviyyədə anlamaq və süni fotosintetik elementlər (cells) quraşdırmaq lazımdır. Fotosintezin mərhələlərindən biri – suyun parçalanma prosesidir və bu proses təbii katalizatorlar vasitəsilə tənzimlənir (bu proses hər yerdə – bitkilərdə, yosunlarda, sianbakteriyalarında – eyni bir katalik kompleksin köməyi ilə reallaşır). Müəlliflər dəfələrlə müxtəlif komplekslər sintez etmiş və onların effekliyini təbii manqan klasterinin işi müqayizə etmişlər. Aparılan tədqiqatlar və bu sahədə başqa müəlliflərin də işlərinin analizi nəticəsində müəlliflər qərara gəlmişlər ki, ən yaxşı katalizator, elə təbiətin özünün seçdiyi – manqan katalizatorudur.

            Beləliklə, süni fotosintez kompleksləri gələcəkdə günəş işığı və sudan əldə edilən, faktiki tükənməz enerji mənbələri ola bilər.