vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
17:57 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elçin Əlibəylidən dərs vəsaiti

«Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri» kitabı çapdan çıxdı

Teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin sayca üçüncü «Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri» adlı kitabı çap olunub.

Kitabda müəllif televiziya yayımının vahidlərini müəyyən edərək onun təhlilini, metodoloji bazasını yaratmaqla kontent analizin, həmçinin dövrü tənqidin əsas istiqamətlərinin müəyyən edib. Oxucular bu kitabda televiziya yaradıcılığının təhlil tipi, xüsusiyyətləri, həmçinin, təhlil prosesinin elmi-nəzəri əsasları barədə ətraflı məlumat ala biləcəklər.

Müəllif burada televiziyanın bütünlüklə mahiyyəti, bədii-estetik cəhətləri, sosial-psixoloji tərəfləri, insan şüuruna təsir mexanizmlərini təhlil edib. Həmçinin televiziya yayımı işində başlıca yer tutan jurnalistika, marketinq, həmçinin yaradıcı prosesdə iştirak edən digər fəaliyyət sahələrinin işi analiz edilərək onun təhlildə yeri və metodoloji əsasları təklif edilib. Müəllif kitabda bir neçə elmi və yaradıcı sahənin televiziya yayımında iştirakını nəzəri cəhətdən araşdırılaraq təqdim edib.

«Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri» kitabı televiziya işini araşdıran tədqiqatçılar, gənc alimlər və televiziya sahəsində çalışanlar üçün nəzərdə tutulub.