vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 3 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
22:53 | 11 may 2017 | Cümə axşamı Məqaləyə 1990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rövnəq Abdullayev hadisə yerinə getdi

«Günəşli» yatağında təhlükəli vəziyyət yarandı, neftçilər təxliyyə edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Günəşli» yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, ötən gün axşam «28 May» NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib.

Lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb. Lakin sonradan, bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlib və get-gedə artmağa başlayıb. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyə edilib.

Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.