vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
İZDİHAM  
10:50 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 3801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xocalı faciəsi anılır

Bakıda soyqırımla bağlı yürüş keçirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakıda Xocalı faciəsi ilə bağlı yürüş keçirilir. Xocalı hadisələrindən 26 il ötür. Azərbaycan prezidenti İlham Əliyev və hökumət rəsmiləri Xocalı abidəsini ziyarət edib, APA xəbər verir.

Yürüşlə bağlı Bakının mərkəzi küçələri bağlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Xocali abidəsi istiqamətində yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıldığını bildirib və sürücülərdən şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Paytaxt polisi bildirir ki, anım mərasimə qatılmaq istəyənlər ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Anım mərasimi ölkənin bir çox bölgəsində də qeyd olunur.

Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.

Hadisənin törədicisi kimi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birgə adı çəkilir.