
Xankəndi, Əsgəran, Xocalı ...
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
Qoca, qadın və uşaqlardan ibarət 56 nəfərin qətlə yetirilməsindən 25 il ötür
... Yaxud milyonlarla qurbanının son dayanacağı – Auşvits
366-nın əməlləri 30 il sonra üzə çıxır
“600.000-dən çox kürdü qətlə yetirdilər”
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
İndiyədək qətliamın 6 min 671 qurbanının kimliyi müəyyənləşdirilərək dəfn olunub
Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan 1918-ci il soyqırımının 100 illiyinə həsr olunmuş “Əsrin qan yaddaşı” adlı elektron toplu hazırlanıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Tarixi həqiqətlərin dünyaya yayılması məqsədi daşıyan elektron toplu rus və ingilis dillərində yaradılıb.
1918-ci ilin mart-may aylarında “Bakı Soveti” adı altında fəaliyyət göstərmiş daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər qəzalarda, Qarabağda, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə, indiki Ermənistanın azərbaycanlılar yaşamış məntəqələrində, Zəngəzur və İrəvanda, Cənubi Azərbaycanda on minlərlə insan məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri talan edilmiş, mədəniyyət abidələri, məscidlər dağıdılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ildə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görülmüşdü. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bu proses dayandırıldı, sovet tarixi bizi gerçək tariximizdən uzaq saldı, 1918-ci ilin faciəli hadisələrinin xalqın yaddaşından silinməsi üçün məqsədli ideoloji iş aparıldı.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra arxivlərin açılması tarixi faktların üzə çıxarılmasına zəmin yaratdı. 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu hadisələrə tarixi-siyasi qiymət verildi, 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan olundu. Sonrakı illərdə aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni fakt və sənədlər toplanıb, Quba şəhərində qırğınların kütləvi məzarlığı aşkar olunub. Bu faktlar 1918-ci il soyqırımının gerçək miqyasının göstəricisidir.
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamı erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasını qarşıya məqsəd qoyur. Dövlət başçısı bu mövzuda çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, tarixi həqiqətlərin yayılmasında müasir informasiya vasitələrindən, internetin imkanlarından geniş istifadə etməliyik.
Son illər bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Effektiv Təşəbbüslər Mərkəzinin reallaşdırdığı yeni layihə də bu məqsədə xidmət edir. Layihə üzrə rus (“Кровная память века”) və ingilis (“Blood Memory of The Century”) dillərində tərtib edilən elektron toplu ictimai birliyin azerbaycanlı.org saytında yerləşdirilib.