
Xankəndi, Əsgəran, Xocalı ...
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Bir kitabdan daha artığı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
Dilimizə təhlükə hansıdır ...
Yaxud sözün açığı, mən sizi başa düşmürəm!
Arxeoloqlar qədim yazını nəhayət oxuya bildi?
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
Bakıda təşvişə düşənlər kimlərdir?
366-nın əməlləri 30 il sonra üzə çıxır
33 il əvvəl, 1992-ci ilin 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Malıbəyli kəndi bu gün azaddır.
Qarabağ müharibəsi zamanı erməni vəhşilikləri ilə ən çox üzləşmiş kəndlərimizdən biri olub Malıbəyli. Qonşuluğundakı Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilib. Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyub. Mühasirədə olan kəndin xarici aləmlə yalnız vertolyot vasitəsilə əlaqəsi olub.1992-ci il yanvarın 28-də Şuşa səmasında vertolyotun vurulmasından sonra isə yeganə əlaqə vasitəsi də kəsilib. Beləliklə, Malıbəyli kəndi tam blokadaya düşüb. 33 il öncə ermənilər tərəfindən bu kənddə qətliam törədilib. Kəndin müdafiəsi zamanı xeyli adam yaralanıb, 50-yə yaxın günahsız insan qətlə yetirilib. İndi – 33 ildən sonra isə həmin tarix kəndin özündə xatırlanır, yad edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi bu gün Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Kəndin ərazisində təmizlik-abadlıq işləri davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.
Qeyd edək ki, 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Əvvəllər Şuşa rayonuna daxil olan kənd 5 dekabr 2023-cü ildə Xocalı rayonunun tərkibinə daxil edilib.
Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərinin isə lap yaxınındadır, cəmi 2,5 kilometr məsafə ayırır.