Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:58 | 5 fevral 2025 | Çərşənbə
Məqaləyə 439 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İkinci çeçen müharibəsi 1999-cu il sentyabrında başladı. Qroznının yaxınlığında yerləşən Novıye Aldı qəsəbəsinin sakinlərinin çoxu yerlərini tərk etdi, amma bəziləri qaldı. Dekabrın sonlarında Novıye Aldı da daxil olmaqla Qroznı mühasirəyə alındı. Bu zaman qəsəbə güclü artilleriya atəşinə məruz qaldı. Halbuki burada çeçen qüvvələri yox idi.
Fevralın 3-də qəsəbə sakinləri rus qoşunlarının nümayəndələri ilə görüşür və məntəqədə silahlıların olmadığını söyləyərək atəşin dayandırılmasını xahiş edirlər. Ertəsi gün atəş dayandırılır. Həmin gün qəsəbəyə Rusiya ordusunun əsgərləri daxil olur və əhalinin pasportunu yoxlayır. Onlar eyni zamanda xəbərdarlıq edirlər ki, sabahkı yoxlama daha dəhşətli olacaq – yırtıcılar gələcək.
Ertəsi gün qəsəbəyə OMON qüvvələri daxil olur. Qəsəbənin cənub hissəsində “təmizləmə” aparan omonçular əhalini yalnız qarət etməklə kifayətlənirlər. Şimal hissəsini təmizləyənlər isə yaşına, cinsinə baxmadan insanları öldürürlər, qadınları zorlayırlar.
5 fevral 2000-ci ildə Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayəti OMON-u Novıye Aldı kəndində onlarla dinc sakini qətlə yetirir.
“Memorial” təşkilatının məlumatına görə, Novıye Aldıda 56 nəfər öldürülüb. Onların 6-ı qadın (biri 9 aylıq hamilə), 11 nəfər 60 yaşdan yuxarı kişilər, 2 nəfər rus olub. Öldürülən uşaqlar arasında ən kiçiyinin 1 yaşı var idi.
Novıye Aldı cinayətinə görə heç kəs məsuliyyətə cəlb olunmadı.