Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
14:57 | 27 yanvar 2025 | Bazar ertəsi
Məqaləyə 518 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Faşist Almaniyasının ən qəddar əsir düşərgələrindən olan Auşvits (Osventsim) yaradıldıqdan sonra öncə 30 kriminal dustaq əməkdaşlara yardımçı kimi gətirildi. Onlar 1-30 nömrələrini daşıyırdılar.
1940-cı il iyunun 14-də 728 polyak əsir gətirildi və onlara 31-758 nömrələri verildi. Həmin polyaklardan 200 nəfəri sağ qaldı.
Polşa ərazisində yerləşən və sonralar Auşvits-1 adlanacaq ilk düşərgə Polşa ordusunun keçmiş kazarmalarından ibarət idi. 1941-ci ilin iyulunda buraya ilk sovet hərbi əsirləri gətirilməyə başlanıldı.
Mövcud olduğu ilk ilyarım ərzində polyak və sovet hərbi əsirlərin saxlanıldığı Auşvitsdə olduqca qeyri-insani rejim hökm sürürdü. 1942-ci ilin yanvarına kimi düşərgəyə 36285 nəfər gətirilmiş, onlardan 22320 nəfəri artıq ölmüşdü. Amma Auşvitsin məşum şöhrəti hələ qabaqda idi.
1942-ci ilin yanvarında Vanze konfransında “Yəhudi məsələsinin qəti həlli” barədə qəbul olunan qərardan sonra Auşvitsə kütləvi surətdə yəhudiləri göndərilməyə başlandı.
Həmin il Auşvits-2 (Auşvits-Birkenau) və Auşvits-3 (Auşvits-Monovits) düşərgələri istifadəyə verildi. Məhz Auşvits-Birkenau yəhudiləri öldürmək üçün konveyerə çevrildi.
1940-1945-ci illərdə Auşvitsə 1,3 milyon insan göndərilib ki, onlardan 1,1 milyonu yəhudilər olub. Gələn adamların 2/3 hissəsindən çoxu, 900 minə qədəri dərhal qaz kameralarına göndərilərək öldürülüblər. 400 min nəfər daha sağlam olanlar isə işçi kimi qeydiyyata alınıblar. Onların da yarısından çoxu sonralar pis qidalanmadan, fiziki tükənmədən və xəstəlikdən həlak olub.
Holokost zamanı öldürülən 6 milyon yəhudidən 1 milyonu Auşvits əsir düşərgəsinin payına düşür.
27 yanvar 1945-ci il, Auşvits həbs düşərgəsi sovet qoşunları tərəfindən azad edilib. Həmin gün dünya ictimaiyyəti tərəfindən Holokost qurbanlarının anım günü kimi qeyd olunur. 1947-ci ildən burada muzey fəaliyyət göstərir.