
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
“Minsk Qrupu artıq işləmir”
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
19 il aradan sonra ...
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
... Həm İrəvana, həm də Bakıya
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat yayıb. Bu barədə Trend ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsinə istinadən xəbər verir.
R.Morninqstar bildirib: «Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq.İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır».
Səfirin sözlərinə görə, yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər: «Amerika Birləşmiş Ştatları Minsk qrupunun həmsədri kimi, sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir».
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.