
“Bakı və İrəvan arasında sülh müqaviləsinin...”
Zaxarova: “Dövlət başçıları şərtlərə sadiq qaldıqlarını təsdiqlədilər”
Zaxarova: “Dövlət başçıları şərtlərə sadiq qaldıqlarını təsdiqlədilər”
Moskvanın yeni oyunu?
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
... Həm İrəvana, həm də Bakıya
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Zaxarova azərbaycanlı jurnalistə “Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və həyasızlığı
Elmar Məmmədyarov: «Lakin irəliləyişə mane olan məqamlar var»
Elmar Məmmədyarov: «Hətta tələb edirik ki, konkret nəticələr olsun»
Serj Sərkisyan: «Səbirsizliklə İlham Əliyevlə görüşümüzü gözləyirəm»
Rusiyalı analitik: «Əsl sensasiya bu ola bilər ki, Azərbaycan danışıqlardan imtina etsin»
Azərbaycan prezidentinin köməkçisi Cenevrə danışıqları haqda ...
Azərbaycan və Ermənistan prezidentləri Cenevrədə görüşdülər; Dövlət başçıları uzun fasilədən sonra bir araya gəldilər
Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 22-də keçirdiyi həftəlik brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin ATƏT-in Minsk qrupu haqqında dediklərini şərh edib.
Karen Donfrid ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Moskva ilə işləməyə hazırdır.
Mariya Zaxarova xanım Donfridin bəyanatına şübhə ilə yanaşdığını deyib: “İcazə verin, Karen Donfridin bəyanatının səmimiliyinə şübhə bildirim. Əgər Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrləri kimi unikal formatı həqiqətən də mühüm saysaydılar, bütün üzv dövlətlər tərəfindən təsdiq olunmuş mandatlarına etinasızlıq göstərməzdilər. Onlar fevralın 24-dən nümayişkaranə şəkildə, heç bir məsləhətləşməsiz rusiyalı həmsədrlə əlaqəni kəsiblər”.
Mariya Zaxarova daha sonra deyib: “Bununla da “üçlüyün” işinə bir çox mənalarda düzəlməz ziyan vurulub. İndi isə onlar belə şeylər deyirlər. Bu hiddətdoğuran hərəkətin səbəblərinə dair anlaşıqlı bir izahat verilməyib. Eynilə buna da zəmanət yoxdur ki, belə məsuliyyətsiz hərəkətlər təkrar olunmayacaq. Özümüzü heç nə baş verməyibmiş kimi apara bilmərik. Yeni reallıqları nəzərə almaq lazım gələcək”.
Zaxarova qeyd edib ki, Qərb Rusiyanı bütün dünyadan təcrid etmək yolunu tutub: “Amma onlar səhvə yol veriblər, öz konsepsiyaları ilə yenidən iflasa uğrayıblar. Xarici aləm təkcə Avroatlantika məkanı ilə məhdudlaşmır”.