Putin polisə yeni səlahiyyət verdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
00:14 | 16 iyun 2018 | Şənbə
Məqaləyə 2519 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın “Trend” agentliyinin jurnalistini təxribatda ittiham edərək sərt tənqid edib.
Agentliyin jurnalisti RF XİN-dən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin müavini Artyom Kojinin iştirakı ilə keçirilmiş brifinqin stenoqramında səhvin düzəldilməsini xahiş edib.
Xatırladaq ki, “Trend” agentliyinin jurnalistinin sualını cavablandırarkən Mariya Zaxarovanın müavini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə səs-küylü bəyanatlarını qeyri-konstruktiv adlandırmışdı.
“Bu məsələ üzrə, ələlxüsus ATƏT tərəfindən qoyulmuş müvafiq relslərə sığmayan səs-küylü bəyanatlar, yəqin ki, qeyri-konstruktivdir”, - o demişdi.
Lakin sonradan RF XİN-in saytında Artyom Kojinin bu sözləri başqa cür verilmişdi: “Sizin bu məsələ üzrə, ələlxüsus ATƏT tərəfindən qoyulmuş müvafiq relslərə sığmayan səs-küylü bəyanatlarınız, yəqin ki, qeyri-konstruktiv görünür”.
Başqa sözlə, indi Rusiya XİN Nikol Paşinyanı deyil, Azərbaycanın informasiya agentliyinin müxbirini qeyri-konstruktivlikdə ittiham edir.
İndi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yol verilmiş səhvi etiraf etmək və düzəltmək əvəzinə Mariya Zaxarova jurnalisti tənqid atəşinı tutub.
Cavab olaraq Zaxarova soruşub ki, agentliyin nümayəndələri yalnız bu məsələyə belə dəqiqliklə yanaşırlar? Eyni zamanda, o dəfələrlə özünün və həmkarlarının dediyi sözlərin təhrif edilməsinin şahidi olduğunu bildirib.
“Nəsə belə titiz yanaşma xatırlamıram, heç vaxt olmayıb! Hesab edirəm ki, brifinqlərimiz faktiki cavablar almaq üçün təşkil edilir. Lakin təəssüf ki, 3 il ərzində dəfələrlə sualların siyasi bəyanatlar kimi səsləndiyini görmüşəm. Və siz bunu bilirsiniz. Mənə belə gəlir ki, bu həm də çox mürəkkəb vəziyyətin tənzimlənməsi məqsədilə deyil, hansısa başqa məqsədlərlə edilir”, - Zaxarova deyib.
Zaxarova vurğulayıb ki, Rusiya XİN-də cavablar verməyə, dəqiqləşdirmələr aparmağa hazırdırlar. Lakin təxribat xarakterli suallar vermək düzgün deyil. Xüsusilə, iki ölkənin – Ermənistanın və Azərbaycanın xalqlarının əziyyət çəkdiyi mürəkkəb məsələlər üzrə.
O, diqqəti buna yönəldib ki, son iki həftə ərzində agentlikdən ona heç kim zəng etməyib, halbuki Azərbaycanın digər KİV-lərindən müraciətlər olub.
“Jurnalist və agentlik kimi bu sizi narahat etsəydi, yəqin ki, bunu telefonla etməyə imkan tapardınız. Nəyə görə iki həftədən sonra məsələni kütləvi yerdə qaldırırsınız? Deməli, təxribat törətmək kimi bir istək var”, - Zaxarova deyib.