vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
11:21 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 1660 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”

Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Rusiyadan dəniz yolu ilə nəql edilən neftin barelinə maksimum 60 dollar qiymət tətbiq edilməsi qərarı ilə sanksiyaların təsirini artıracağını və Rusiyanın neft gəlirlərini azaldacağını bildirib.

Von der Leyen sosial media hesabından Aİ ölkələrinin Rusiya neftinə maksimum qiymət tətbiq etmək qərarına dair video paylaşıb. Aİ və G7 ölkələrinin dekabrın 5-dən etibarən Rusiyadan dəniz yolu ilə daşınan neftə tam idxal qadağası tətbiq edəcəyini xatırladan Von der Leyen, “Bu gün Aİ, Böyük yeddilik və digər qlobal tərəfdaşlar qlobal maksimum qiymət təyin etməklə Rusiya neftinə məhdudiyyət qoymağa razılaşıblar”.

Maksimum qiymətin qlobal enerji bazarını sabitləşdirəcəyini də bildirən Von der Leyen, Aİ şirkətlərinin maksimum qiymətdən aşağı satıldığı müddətcə Rusiya neft ticarətinə müxtəlif xidmətlər göstərə biləcəklərini söylədi.

Von der Leyen maksimum qiymətin inkişaf edən və inkişaf etməkdə olan iqtisadiyyatlara fayda verəcəyini ifadə edərək, maksimum qiymətin bazardakı vəziyyətə uyğun olaraq zamanla yenidən tənzimlənə biləcəyini vurğuladı.

Aİ ölkələri dünən (2 dekabr) Rusiyadan dəniz yolu ilə daşınan neftə (bareli 60 dollara) maksimum qiymət tətbiq etmək barədə razılığa gəliblər.