vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
21:24 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 1675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şəmkir»i də futbolumuzdan «sildilər»

Bir zamanlar ölkə çempionu olan, avrokuboklarda da mərhələ adlayan klub fəaliyyətini dayandırır

Şəmkir olimpiya idman kompleksinin futbol meydançasında Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, artıq Şəmkir birinciliyində günün ilk matçı da keçirilib. «Çaparlı» və «Dəllər Cırdaxan» futbolçuları meydanda qüvvələrini sınayıblar. Oyun birincilərin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Rayonun Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov ötən mövsüm 1-ci divizionda çıxış etmiş «Şəmkir»lə bağlı açıqlama verib. İsmayılov «Şəmkir»in qarşıdakı mövsümdə 1-ci divizionda yarışmayacağını bildirib: «Qərara gəldik ki, bu mövsüm «Şəmkir»in fəaliyyətini qismən dayandıraq və növbəti ildən etibarən rayonun kənd və qəsəbələrində yaşayan potensiallı gənclərdən komanda formalaşdıraq».

«Şəmkir» bir zamanlar Azərbaycan çempionu olub, hətta avrokuboklarda da mərhələ adlayıb.