vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÖYÜŞ NÖVLƏRİ  
09:44 | 27 iyun 2022 | Bazar ertəsi Məqaləyə 1485 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 il əvvəlin qisası

Rafael Ağayev nokautun əvəzini çıxdı

Məhəmməd VAQİF

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev “Karate Combat” turnirində üçüncü döyüşünü keçirib. Onun budəfəki rəqibi prinsipiallığı ilə əvvəlki iki rəqibindən daha üstün idi.

Belə ki, “Karate Combat”da Rafaelə rəqib olan Deyvi Dona 2016-cı ildə idmançımızı Parisdə qaydalara zidd zərbəsi ilə nokauta salması ilə yadda qalmışdı. Onun bu hərəkəti qanundankənar olduğu üçün öz azarkeşlərinin gözü önündə tatamidən qovulmuşdu.

Lakin iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael Ağayev rəqibinə yerini göstərməklə yanaşı, ondan 6 il əvvəlki zərbəsinin də əvəzini çıxıb. Dünya çempionumuz qaydalara meydan oxuyan bu döyüşdə rəqibinə tam üstünlüklə (3:0) qalib gələrək, “Karate Combat”da ardıcıl üçüncü döyüşünü də qələbə ilə başa vurub.

Qeyd edək ki, karatedən fərqli olaraq “Karate Combat”da kontakt zərbəyə icazə verilir. (Milli.az)