vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÖYÜŞ NÖVLƏRİ  
12:14 | 4 avqust 2017 | Cümə Məqaləyə 3949 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kliçko idmanı tərk edir

«Peşəkar boksçu kimi bütün arzularıma çatmışam»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynalı boksçu Vladimir Kliçko peşəkar idman karyerasını başa vurmaq qərarına gəlib. O, bunu rəsmi bəyanatında bildirib. «Peşəkar boksçu kimi bütün arzularıma çatmışam, karyeramı bundan sonra idman xaricində qurmaq istəyirəm», - Kliçko bəyanatında qeyd edib.

Aprelin 29-da 41 yaşlı Vladimir Kliçko britaniyalı Antoni Coşua (Anthony Joshua) ilə döyüşdə «Wembley» stadionunda məğlub olub.

Kliçko bu ilin noyabr ayında Joşua ilə Las Veqasda bir daha görüşməli idi, lakin revanş matçından imtina etmək qərarına gəldi.

Kliçko peşəkar boksa 1996-cı il Olimpiadasında qələbə qazandıqdan sonra keçib.

O, ağır çəkidə «WBO», «WBA» və «IBF» versiyalarında dəfələrlə dünya çempionu adını qazanıb.

Peşəkar boksda ilk çempionluq titulunu Kliçko 2000-ci ildə, amerikalı Kris Birdə (Chris Byrd) qalib gələrək qazanıb.

Peşəkar karyerası ərzində Kliçko 69 döyüş döyüş keçirib, onlardan 64-nü - o cümlədən, 54-nü nokautla - qazanıb.

Öz çıxışları ərzində Vladimir Kliçko cəmi 5 dəfə məğlub olub.