Trampı azərbaycanlı «seçdiribmiş»
Savuşkin küçəsində ««troll» fabriki»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
Rusiyada «Olqino «trolları»» və ya «Savuşkin küçəsindən olan ««trollar» kimi ifadələr çoxdan işlədilir. Bu yaxınlarda həmin ««troll fabriki»nin ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin detalları bəlli olub.
Ötən həftəsonu «Dojd» kanalı «İnternet araşdırmaları agentliyi» kimi tanınan «troll fabriki»nin Maksim adlı keçmiş əməkdaşı ilə müsahibəni dərc edib. Maksim deyir ki, «xarici şöbə»nin əməkdaşları ingilis dilini çox yaxşı bilməli, özlərini amerikalı kimi qələmə verərək, onlayn müzakirələrə qatılmalı idilər:«Məqsəd düşüncəyə təsir etmək, müzakirəyə çıxarmaq idi... Orada «strategiya» adlı sənəd vardı. ABŞ-ın bütün əsas problemlərini bilmək lazım idi. Vergilər, geylər, cinsi azlıqlar, silah problemi».
«Rusiyadan danışmaq olmazdı»
«Xarici şöbə»də çalışan «yüksəkixtisaslı» «trollar»ın məqsədi amerikalıların siyasi müzakirələrinə bilərəkdən təxribat məqsədilə qatılaraq, «aranı qarışdırmaq» olub.
«Bizə monitorinq edərək şərh yazmalı olduğunuz KİV siyahısı verirdilər. «The New York Times», «The Washington Post» – şərhlərin sayı on minlərlə ola bilərdi. Bunların hamısına baxaraq, insanların nədən yazdığını, nə barədə mübahisə etdiyi haqda ümumi tendensiyanı anlamaq, sonra isə mübahisəni qızışdırmaq, aranı qarışdırmaq lazım idi.
«Trollar fabriki»nin Sankt-Peterburqdakı qərargahı
Rusiyadan ümumiyyətlə, danışmaq olmazdı. Rusiyanın və Putinin adını belə çəkmək olmazdı. Çünki amerikalılar bu haqda danışmırlar. Əslində, onlar Rusiya və Putinlə maraqlanmırlar.
Bizim məqsədimiz amerikalıları Rusiya tərəfə çevirmək deyildi. Məqsədimiz amerikalıları öz hökumətlərinə qarşı qoymaq idi. İğtişaşlar, narazılıq yaratmaq, Obama-nın reytinqini aşağı salmaq idi», – Maksim deyir.
«Klıntonlardan bezmədinizmi?»
Bu etiraflardan belə başa düşülür ki, söhbət Trampı dəstəkləyən seçki təbliğatından gedir. Ancaq «fabrik»in əməkdaşları Hillari Klinton haqda yalnız neqativ şeylər yazmalı idilər: «İşin əsas məğzi bu idi: amerikalı qardaşlar, siz daha bu klintonlardan bezmədinizmi? Görün onlardan nə qədərdir».
İşin maraqlı tərəfi isə bu olub: Amerika siyasəti haqda biliklərini dərinləşdirmək üçün «fabrik»in əməkdaşlarından «House of Cards» serialına baxmaq tələb olunurdu. Amerika KİV-ləri də bu məqama diqqət yetiriblər.
RBK jurnalının sabah – oktyabrın 19-da dərc ediləcək, ancaq artıq saytda yerləşdirilmiş məlumatında deyilir ki, peterburqlu «trollar»ın təkcə seçkilərə yox, bütövlükdə Amerika siyasi həyatına müdaxiləsi qətiyyən illüziya olmayıb. Hətta saxta «Facebook» hesablarının köməyi ilə etiraz aksiyaları belə təşkil edilib. Məsələn, ötən il oktyabrın 22-də Şarlott şəhərində qaradərili amerikalıların polis zorakılığına məruz qalmasına qarşı aksiya kimi...
RBK-nın araşdırması göstərir ki, «troll fabriki»nin gördüyü işin miqyası nəhəng olub. Jurnal «Facebook», Instagram və «Twitter» sosial şəbəkələrindəki 118 qrup və hesabın siyahısını dərc edib. Onların hamısı 2017-ci ilin avqust-sentyabr aylarında Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma çərçivəsində bloklanıb.
«Amerika şöbəsi»nin azərbaycanlı rəhbəri
Jurnal yazır ki, «fabrik»in rəhbərliyinə yaxın mənbə bu siyahının «trollar»la əlaqəsini təsdiqləyib.
«Bundan başqa, «Twitter»dəki 50 hesabdan 36-sı +7 ilə başlayan (Rusiyanın beynəlxalq telefon kodu) nömrələrlə qeydiyyatdan keçib», – yazıda deyilir.
Qeyd edilir ki, «troll»arın idarə etdikləri qrupların ümumilikdə 6 milyonadək üzvü olub. Onların yarısı Facebook, 1/3-i isə «Instagram»ın payına düşür. Reklam xidmətindən istifadə və kontentin paylaşılması nəticəsində postların əhatə dairəsi həftədə 20–30 milyon nəfərə çata bilirmiş.
RBK-nın istinad etdiyi mənbələr «Amerika şöbəsi»nin rəhbəri kimi 27 yaşlı azərbaycanlı Ceyhun Aslanovu göstərirlər. Jurnal həmçinin, Aslanovun yaratdığı «Telegram» çatdan götürülmüş məlumata malikdir. Məlumat «fabrik»in ABŞ-dakı işi ilə bağlı aralıq hesabatdır.
«Fabrik»in büdcəsinin əsas hissəsi işçilərin maaşına gedirmiş. Reklamlara isə iki ildə 100 min dollardan artıq pul xərclənib. «Facebook» da təqribən bu məbləği göstərir.
«Amerika şöbəsi»nin hələ də fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, «Savuşkin «trolları»nı» «Putiniin aşpazı» kimi tanınan Yevgeny Prigojinin adı ilə bağlayırlar. Prigojinin həm də Donbas və Suriyadakı müharibələrdə iştirak edən «Vaqner» Özəl Hərbi Şirkəti kimi tanınan qrupla bağlı olduğu iddia edilir. (Azadlıq radiosu)