vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AKTUAL  
08:37 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 2519 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir parkda pulsuz «Wi-Fi»

İlin sonuna kimi say 20-yə çatacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Telefon Rabitəsi» MMC pulsuz «Wi-Fi» xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib. Bu barədə «Trend»ə şirkətdən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz «Wi-Fi» xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından «İctimai Wi-Fi» layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə «İçərişəhər» dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, «Qış parkı», «Zabitlər» parkı, «Sahil», «Axundov», «Sabir», «Xaqani», «Hüseyn Cavid», «Səməd Vurğun», «Muğan», «Dədə Qorqud», «Port Baku Residence»lə «Port Baku Mall» arasında yerləşən «Fashion Avenue» və «İzmir» parkları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1,5 milyondan çox qoşulma qeydə alınıb.