“Qırmızı düymə” qorxusu
“Nüvə çamadanı”nı Trampın əlindən alırlar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
Amerika konqresmenləri prezident Donald Trampın nüvə silahının tətbiq edilməsinə dair hüququnu məhdudlaşdırmağa hazırlaşırlar. İki müvafiq qanun layihəsi ilə təkcə demokratlar yox, konqresmenlər də çıxış ediblər. Əgər bu qanun layihələri qəbul edilsə ABŞ-ın rəsmi siyasəti nüvə silahının tətbiqindən imtina olacaq, Tramp isə nüvə silahının tətbiqi barədə əmri ancaq Konqresin razılığı ilə verə biləcək.
Qanun layihələrindən birinin müəllifləri senator və Demokratlar partiyasından prezidentliyə iddiaçı Elizabet Uorren və Nümayəndələr Palatasının silahlar üzrə komitəsinin rəhbəri Adam Smitdir. Qanun layihəsində ABŞ-ın nüvə silahının tətbiqindən imtinanı rəsmi siyasətinə çevirməsi təklif olunur.
“Bizim indiki siyasətimiz təhlükəlidir, qanun layihəsi nüvə sferasında yanlış addımlardan qaçmağa imkan verir”-müəlliflərin bəyanatında bildirilir.
İkinci qanun layihəsini isə respublikaçı-senator Ted Li və onun həmkarı Ed Marki təqdim ediblər. Qanun layihəsinə əsasən Tramp Konqresin icazəsi olmadan nüvə zərbəsi endirmək əmri verə bilməz.
Hazırda ABŞ prezidenti hərbçilərdən mümkün təhdid barədə informasiya alan kimi nüvə zərbəsinin endirilməsi barədə qərar vermək səlahiyyətinə malikdir. O, əslində “qırmızı düyməni” özü basmır, hərbçiyə nüvə silahının tətbiqinə dair xüsusi kodu verir. İdarə etmə sistemini, yaxud “nüvə çamadanı”nı gəzdirən hərbçi daim prezidentin yanında olur.
Lakin həmin qanun layihəsinin necə işləyəcəyi məlum deyil. Çünki nəzəri olaraq ABŞ nüvə hücumuna məruz qalsa cavab zərbəsi barədə əmr vermək üçün prezidentin cəmi bir neçə dəqiqə vaxtı qalır. Bu müddət ərzində Konqresdən icazə almaq isə mümkünsüzdür.
Bundan əvvəl Amerika mətbuatı Trampın prezident kimi işə yaramadığı, tələm-tələsik, ağlasığmaz və axmaq qərarlar qəbul etdiyi, hətta onun administrasiyasının üzvlərinin Konstitusiyanın 25-ci maddəsinə əsasən prezident səlahiyyətlərinin vitse-prezident Maykl Pensə ötürülməsi barədə müzakirələr apardığı haqda dəfələrlə yazıb.